“Milli Şura”serialının ikinci hissəsi təxminən bu fikirlərlə başlayır: Nemət Pənahlı ağılda olan adamlar…

…Düzü Neməti ağlım kəsəndən qəbul etməmişəm. Amma onun milli azadlıq hərəkatı dönəmindəki fəallığını, həbslərin tən ortasında olmasını da ədalət, vicdan və haqq naminə unutmuram. İndi gör iş nə yerə qalıb ki, Neməti Milli Şuranın Gültəkini ələ salır. Deyir Nemət Pənahlı ağlıda olan adamlar…

Gərəkdir bu qadına xatırladasan,  Nemət Nemət olanda sən adlı adam nəinki piyasada yox idi, ümumiyyətlə, adın nənəm deməsi “hajının dəftərinin” qırağında da yazılmırdı…

Biri də liderinə deyir, eşkiya filmi  (Türkiyə telekanallarında yayımlanan “Eşkiya dünyaya hökmüdar olmaz”  teleserialı nəzərdə tutulur), efirə gedəndə, siz efirə çıxmayın.  Ya da ondan əvvəl çıxın… Günün əsas saatını tutmaq üçün əslində peşəkar yanaşmadır, bircə Gültəkin Hacıbəylinin replikası olmayaydı…

Bu dəfə də qayıtdı ki, o millət ki, eşkiyaya baxır, hoppansın o tərəfə… Bu siyasətçi təklifi, siyasətçi dili deyil. Millətə, vətəndaşa, auditoriyaya bir Milli Şura, bir Gültəkin yanaşmasıdır. Həm də tərbiyə göstəricisidir. Bəli məmləkətdə milli idealogiyanın necə deyərlər altından girib, üstündən çıxılıb zaman-zaman. Təbii bu insanların efir, estetik zövqünü də gerçəkdən iflasa uğradıb. Bununla bağlı insanlara iradın varsa, nəyisə bəyənmirsənsə belə, bunu təhqir formasında dilə gətirmək ədəbsizliyin son həddidir.  O sözü ünvanladığın konkret fərd deyil, bütöv bir xalqdırsa, sənin bundan belə onun üzərində az-çox olan bütün haqlarını da itirmiş olursan…

Qaldı G.Hacıbəylidən millətə gələn hoppanmaq təklifinə. Deyim biləsiniz, Milli Şura və oradakılar qədər qıvraq hoppanan olmayıb bu çağacan gözəlim məmləkətdə. Məlum “kütləvi etirazlarındakı” alt məqsədləri buna gözəl nümunədir.

-Rəqiblərini sıradan çıxarmaq istəyirdilər;

Bunu bacardıl radikalalr. Əllərində olan informasiya resuslarında özlərindən başqa kimsənin çıxışına izn vermədilər.  Açıq aydın VİP-i, Əli Əliyevi, Musavatı, Arif Hacıyevi, Real üzvlərini, İlqar Məmmədovu “vurdular”…

 – Vahid müxalif “güc” olmaq iddiasında idilər. Bunun üçün ajeotaj yaratmaq yolunu tutdular;

Alınmadı. Çox ciddi səhvə yol verdilər. Xaricdəki “güclərini”, söyüş müxalifətini satdılar. Bu da qarşılıqsız olmadı.  Satdıqları söyüş müxalifəti, Milli Şuranın ifşasına start verdi.

-Gizli qrant mənbələri axtarırdılar;

Bunu da Azərbaycandakı xarici səfirliklərdəki şəxsi dost-tanışın əli ilə edirdilər. Həm də gizli-hesabat verə-verə. Ötən il az qala bu məsələ dövlətlərarası skandal həddinə çatmışdı.

-Mühacir biznesini gücləndirmək istəyirdilər;

Ukrayna, Almaniya, Fransada reallaşan “Mühacir ovu” əməliyyatı planlarını alt-üst etdi.

-Hakimiyyətdəki sahiblərini qorumaq istəyirdilər;

Bununla küçəyə çıxmaq sifarişini aldıqları, hakimiyyətdəki “dost əlinin” yola salınmasına mane olmaq arzusunda idilər, alınmadı.

***

Hələ çox şeylər çıxacaq üzə, “Milli Şura” serialının qalan hissələrini izlədikcə çox  mətləblər bəlli olacaq. Çox dəqiq görəcəksiniz, aylardır yazıb dediyimiz təsdiqlənəcək. Milli Şuraya xalq, onun rifahı, ədalət falan lazım deyil. Onlara hakimiyyət lazımdır. Qazanmaq, qisas almaq üçün, hakimiyyət. Bu məqamda Gültəkin Hacıbəylinin millətə dediyini əcəb geri, özünə, bəlkə də özlərinə qaytarmaq məqamı idi. Amma ortada tərbiyə məsələsi var axı, bizdə alınmaz. Bunun üçün gərəkdir ki, Hacıbəyli Gültəkin olasan. Belə də ki, fikir eləməyin, peşəsi ordan bura, burdan ora hoppanmaq olan adamdan zatən başqa nəsə gözləmirdik sizli, mənli…

Jalə Mütəllimova