Sosial şəbəkələrdə, ümumiyyətlə şəhid adından, qazi adından sui istifadələrdə, yerli yersiz səsqaldırmalarda sizi bilmirəm. Mənim ruhum ağrayır. Çünki o oğullar biz onları urvatsız edək deyə yox.

Biz olaq, dövlət yaşasın, var olsun deyə həyatlarından keçdilər. Onların ailələrinin məişət problemləri lap burnunuzun dibinə gəlsə belə, lütfən ya həll edin, ya da işıqlandırmayın.

Bu oğullar bizim mənliyimiz, şəxsiyyətimiz, qürur mənbəyimizdir. Onların cənazəsi önündə dövlətin ali şəxslər fəxri qaravulda dayanıb. Onları dövlət babab çiynində məzara daşıyıb. Dövləti və onun şəhidi urvatsız etmək kimi hüququ yoxdur heç bir media qurumunun və media adamının. Heç nə demirəm, lap, az, lap elə bircə qıram milli təəssübünüz olsun…

Jalə Mütəllimova