Covid-19 pandamiyası ilə mübarizədə ölkənin müxtəlif təbəqəsindən sıravi insanlar, həmçinin dövlətin ayrı-ayrı qurumları, iş adamları, könülülər, hətta şou-biznes əhli belə ehtiyaclı ailələrə dəstək üçün marafon başlatdı.
Bu marafonun önündə təbii ki, dövlət getdi. Müxtəlif güzəştlər paketi, birdəfəlik müavinət, vergi güzəştləri və sairlərlə. Dəfələrlə dövlət başçısı fərdi qaydada həssas təbəqəyə edilən yardımlara maneçilik törətməmələri üçün icra başçılarına göstəriş veridi. Ən son məlumatlardan brində Heydər Əliye Fondunun iki yüz min ailəyə yardım ediləcəyi barədə rəsmi açıqlama verdi. Ehtiyacı olanların müraciət etməsi üçün qaynar xətt yaradıldı. Ölkədən çox, böyük ailəyə bənzədik…
…Və birdən “siçan zəkilərimiz” peyda oldu. Bu “siçan zəkilər” icra başçıları formasında zühur elədi edilən yardımlardan necə qazanmağın, nənələr demiş “qrəmitdəməyin” yollarını axtarmaqla. Onlar şəhər merləri formasında zühur elədilər kabinetlərin, şəxsi evlərinin anbarlarında kasıb ailələr üçün ayrılan ərzaq yardımını gizlətməklə. İnsanların maaş kartları ilə özlərinə bahalı geyimlər alan Kassir oğlu “siçan” Zəki…
…Qaldı kimdir “siçan Zəki” sualınıza? Yəqin çoxunuz məhşur “Pəncərə” filmini xatırlayır. Uşaq evində böyüyən azyaşlıların həyat mücadiləsindən bəhs edən filmi. Filmdə haqlarında bəhs edilən azyaşlıları təkcə kimsəsizlik, ehtiyac birləşdirmirdi. Onların qazandıqlarını, hətta uşaq evindən onlara verilən payı belə bir-biri ilə bölüşə bilmək, ədalətli olmaq qabliyyətləri var idi. Cəmi bircə nəfərdən, Zəkidən başqa hamısı belə idi. Zəki ikinci dəfə ailə qurduğu üçün övladını uşaq evinə atan kassirin “kişinin” oğlu idi. Atası gətirən hər şeyi gecə, özün də xəlvətcə yorğanının altında yeyirdi…
İndi bizim siçan zəkilər də illər uzunu toxunulmaz olduqlarını düşünüblər. Əbədi kreslo sahibi biliblər özlərini. Becələ “inkişaf edib”, “böyüyüb” olublar icra başçısı, icra nümayəndəsi,bələdiyyə sədri.
…Gerçəkdən düşünəndə belə əziyyət çəkir adam. Ehtiyacı olan adamlar üçün nəzərdə tutulan, minimum qida təhcizatından ibarət bağlamaları adam necə oğurlayar?! Və ya bunu oğurlamağı bacarmaq üçün nə qədər aşınmış insan tipi olmalısan?! Dövlətinin, Prezidentinin etimadını neçə bu qədər puça çıxara bilərsən? Bütün bunlar bir yana bir körpənin ac, bir kişinin ailəsi qarşısında aciz qalması mənzərəsini görüb də necə gecələr buğlana-buğlana evində yata bilərsən?! Dövlət qulluqçusu kimi ciddi bir mənsəbi, necə qənd-çay oğrusu statusunə dəyişərsən?! Bu bircə halda mümkündür, sayğısızlıq, saymazlıq və yəni harınlıq mərhələsindəsən…
…Düzü ağır gəlir, həm də çox ağır. Bəlkə kimsə düşünəcək, nə qoyub, nə axtarırsan. Amma yaradana and olsun, üzlərin diqqətlə baxıb da ciddi-ciddi kövrəlmişəm. Kiminsə əri, oğlu, atası, qardaşı, kürəkəni, bir nəslin ağsaqqalı, bir ailənin rəisi olan çoxunun yaşı ahıllıq dövründə olan bu kişilər, əslində “kişidir”. Hə indi kimsə də deyəcək ki, bəs nədirlər. Xatırladıram, kişilik təkcə insanın fizioloji quruluş deyil, həm də xarakterdir. Nəfsinin öhtəsindən gələ bilmək istedadıdır. Qadın da, kişi də, olsan fərq etməz, gərəkdir ki, yaxşı KİŞİ olasan! Yoxsa bir gün dövlət qulluqçusu kimi qoyulduğun vəzifədən, sənə sişan Zəki deyib, qənd-çay oğrusu kimi işdən qovacaqlar…
Jalə Mütəllimova
Related posts
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more