İndi dövr və zəmanə elədir ki, hər şey ovcumuzun içindədir. Alış-veriş, kitab, tv, radio. Hətta özün belə istənilən an sosial şəbəkə üzərindən canlı efir açdınmı, informasiya daşıyıcısı, ötürüsücüsüsən…

Bu bir mənada yaxşıdır. Yəni informasiya bolluğu yaradır. İnsanlar özlərinə sərfəli və lazımlı olan bütün məlumatları a-dan, z-yə ala bilir. Dolayısıyla meyl göstərdiyi informasiyaların İP-ləri də imkan verir ki, vətəndaşının dünyagörüşü, baxışları və zövqü barədə məlumat əldə olunsun.

Bu məqamda diqqət olunacaq vacib bir detal var. Uzun bir dönəm üçün Azərbaycan vətəndaşlarının daha çox hansı informasiyaları və kimlərdən alması istiqamətində xoş olmayan məqamlar üzə çıxır. Azərbaycan vətəndaşı xəbəri kerçək xəbərçidən almağı, ona gerçəkdən inanmağı yadırğayıb. İndi Azərbaycanda istənilən ciddi media adamı və ya qurumunun bir orta statistik müğəninin danışığı qədər baxış, yəni İT gətirmədiyi faktdır. Durumu necə xilas etmək olarmı? Və ya bunun qanunvericiliklə tənzimlənən tərəfi varmı? Yoxdur.  Əksinə qoruxulu bir sistem var.

-Radikal media

-Reket media

-Telefon mediası

-Klan mediası

-Siyasiləşmiş media

Bütün bunlar bir bazada, müstəqil media bazasında ideolojidə bilərəkdən yaradılan boşluqların nəticəsi olaraq üzə çıxdı. Ancaq təkcə üzə çıxmaqla kifayətlənmədi. İnkişaf etdi, kapitala dönüşdü. Mükafatlara təqdim olundu. Bir sözlə dövlətin işinə girdi. İndi qara yaraya çevrilməkdədir. Onu nə kəsib atmaq olur, nə qoruyub saxlamaq. Çünki daha yeni formatlarını yaradırları. Mutasiya olunan virus kimi. Məsələn küçə mediası formalaşıb. Hamını çəkir, hər şeyi yazır, dövləti, milləti, hətta ailəsindən imlərisə şantaj etməkdən çəkinmir. Ən qorxulu olanı da budur ki, onların xidmət etdikləri siyasi güclər və çevrələrin bir çoxu Azərbaycanda deyil, kənardan idarə olunur. Üstlərinə getmək mümkündürmü? Deyil! Çünki dünya söz və mətbuat azadlığının boğulmasına özünənməxsus formada “həssasdır”. Bir sözlə, zamandında ondan yazma, buna dəymə deyərək, ölkə mediasının müstəqillik əzmini sındıranlar. Mediamatik adamları, daha dəqiqi peşəkarları işindən ən müxtəlif yollarla bezdirib uzaqlaşdıranlar indi ölkənin media sektorunu heç bir standartı olmayangüclərə təhvil veriblər. Bir neçə media quruluşu da böyük və güclü olmalarına rəğmən informasiya təhlükəsizliyi qaydalarını şeynəyə bilmədikləri üçün onlardan güclü görünə bilmir. Bu situasiyadan çıxış yolu varmı? Var! Qəbul edilsə də, edilməsə də bunu yeganə yolu müstəqil media adamlarına, peşəkarlara meydan verməkdir. Digər yol, müstəqil mediaya reklam bazarını açıb, təhlükəsizlik nəzarəti sistemi qurmaq şərti ilə reklam bazarını bərpa etməkdir. Bu variantı reallaşdıra bilsələr.  Demək olar ki, küçə mediası da, telefon mediası da dalana sıxılmış duruma düşəcək.  Yoxsa nə media, nə də dövlətin yaxası əlitelefonluların, radikal düşüncələrin əlindən qurtulmayacaq.

Günlərdən koronovirus, məkan Azərbaycan. Baxırsan, görmək istədiyini yaza bilmirsən. Çünki elə bir ictimai rəy, cəmiyyət yetişib ki, nə dediyini dinləmədən sənin fikirlərində söyüş və onun qarnına aid nəsnələr ifadə olunmayıbsa, avtomatik linç obyektisən….

Sənə imkan verməyəcəklər deyəsən ki, bu günkü durum ancaq nəticədir. O nəticə ki, kimlərəsə mütləq lazım idi.

O nəticə ki, insanları ideologiyadan uzaqlaşdırdı. O insanları ki, onlarla bir əsirdə iki dəfə Azərbaycan öz müstəqilliyini elan eləmişdi. İndi o nəslə dövlətdən pul dilənən. Dövlətini ayaq altına arnına göə almağa hazır olan vətəndaş yetişdiriblər. O nəsildən ki, Xocalı, mart qırğınları yaşayıb dədə-babası. İndi müstəqil Azərbaycanda çərhaya birinə dönüşdürülüb. O vətəndaş ki, ələbaxım öyrədilib. Ağzını açıb haqqını tələb eləyəndə, hüquqlarından danışanda ona deyiblər, al pulunu kəs səsisni. Bəzən də onu kamera qarşısına keçirdib, qəstumlu-qalstuklu danışdırıblar. Aparıb başbilənlərə göstəriblər ki, bəs siz narahat olmayın biz elə işləyirik ki, dövlətimiz günü-gündən çiçəklənir. Bəli, əslində çiçəklənir…amma…əmması bu ki, su çiçəyi də yara, sonradan qotur tökdürən bir xəstəlikdir. Bax bizi belə çiçəkləndiriblər.

Necə? İbeolojini, milli dəyərləri zədələmək, adamları aciz, şəxsiyyətsizi duruma salmaq. İşsizlik və yoxsulluq faizini bilərəkdən artıqmaqla.

Və bu istiqamətdə Azərbaycan mediasında bir ordu yetyişdirildi. Çərhəyalar, satqınlar, dövlət, vətən prinsipi dəyəri olmayanlar. Onlar radikallarla aksiyalarda addımbaşı çərhəyalıqla məşğul olub dünyada media siması kimi tanındılar.

Sayələrində çoxlu sayda söz denək qabliyyəti olan, media adamları çəkildi, qaçdı, dağıldı, hətta ölkəni tərk edib, hər şeydən imtina elədilər, çıxıb getdilər. Sonra küçə mediasının bloq simaları peyda oldu. Guya problem göstərirlər. Əslində dövləti və medianı da təhqir etməkdən başqa heç nə ifadə eləmir fəaliyyətləri.