Zərdab rayonunda kanalizasiya sistemi yoxdur. Rayonun bütün kanalizasiyası, tullantıları Qara su və Kür çayına axıdılır. O su ilə rayonun əkin sahələri suvarılır. Bəzi hallarda içməli su kimi də istifadə edirlər. Üstəlik, Kür ölkənin ən böyük çayıdır, Xəzərəcən gəlir. Yəni təkcə Zərdabın problemi deyil, bu, ölkə səviyyəli ekoloji problemdir.
Zərdabın Kürünə qumbara atıb, elektrik enerjisi verib balıq ovlayırlar. Təkcə balıqlarmı məhv olur o sularda? Bu rayonun polisi nəylə məşğuldur? Sayğıdəyər, hər zaman dəstəklədiyim Vilayət müəllimədir sualım.
Dəyərli insanlar, Ağdaşa aid olsa da Zərdabın kəndləri ilə sıx bağlı, islam dünyası üçün vacib ziyarətgalhalrdan sayılan, Veysəl-Əl-Qəranidə nə oyunlar çıxarırlar xəbəriniz varmı? Ağdaşın Narkotiklər İdarəsinin Ərazidən götürdüyü topraq ekspertizasının nəticələri necə oldu, bilən varmı? O boyda ziyarətgahda min hoqqa durğuzub, neçə dəfə yandırıblar qəbirlərin yan yörəsini. Bəs o kəndlərdə, yaxın çevrədə böyüyən yeniyetmə balaları nəyə dəvət edirlər, xəbəriniz varmı?!
Dini təriqətlərin fəaliyyətini araşdıran varmı ərazidə?
Rayon məhkəməsinin hakimi, qanuni örüş yerlərində mal-qarasını otaran kənd adamlarına neçə min cərimə yazır qanunsuz yerə, kimə satılıb dövlətin vətəndaşa verdiyi torpaqlar, bunu bilirsinizmi?
Yerlərdə təyinatlı olan rəisləriniz, icra nümayəndələriniz, başçılarınız, prokurorlarınız və digərləri bircə cümlə olsa yazıb, raport yollayıbmı sizə ki, rayon bərbad durumdadır?! Çətin ağlım kəsir.