null
Deyəndə ki, ciddi ideoloji boşluqlar var, inanın. Söhbət nə bu günki olaylardan gedir, nə də kimi haqlı tərəf olmasından. Söhbət bu manısların siyasətə daşınmasından gedir.

Bu ideologiyasızlığın göstəricisidir. İndiyə qədər bir ictimai fikri, iki sətir kitab oxuması ilə yox ərə getməsi, yaxasının efirdə açılması, nə bilim harda nəyi neynəməsi ilə gündəm olanlar haradan gəlib düşdü siyasətin tam ortasına? Klanların, qrupların qovğasına?! Bu hansı “ağıllı” beynin məhsuludur. Bəlkə də provakasiyadır? Bilmirəm! Bildiyim o ki, böyük biabırçılıqdır!..

Gələk ona ki, ideologiya olsaydı necə olacaqdı?

Söz orta statistic müğənnilərdən gedirsə. Yəni söhbət mədəniyyətə dirənirsə, məsələn, müstəqil Azərbaycanın yeni Qara Qarayevi, Fikrət Əmirovu, Üzeyiri yetişəcəkdi…

Ədil Isgəndərovu, Fuad Poladovu, Həsən Əblucu, Səməndəri, Yaşarı, Nəsibəsi, Sofası, Nəciməsi, Məmməd Arazı olacaqdı.

Xan əmisi, Bülbülü yetişəcəkdi. Şövkəti, Rübabəsi, Sarası olacaqdı. Yəni təkcə sənət adamı deyil, personalar, şəxsiyyətlər, ictimai xadimlər, ağsaqqallar, ağbirçəklər yetişəcəkdi.

Məsələn, bu polis-vətəndaş məsələsində, hər iki tərəfə bir sözü bəs edəcəkdi. Yoxsa Nata Həbibi, Saida vəsiarlərlə siyasət olmur axı cənablar.
Bir sual var qarşıda, biz hara gedirik?..

Bir zəhmət, bu tullanıb-düşənləriniz yığışdırın ictimai fikirdən, siyasətdən. Ayıbdır, insafınız, vicdanınız, əqidəniz, milli ruhunuz olsun barı…

Jalə Mütəllimova