Polis-vətəndaş qovğasından görünənlər…

Bilirsiniz nə baş verdi? Iki gündün məhlələri gəzən dama çıxan vətəndaşı yalvara-yalvara aşağı düşürən, dilə tutan polislərin, aylardır dövlətin çox səliqə ilə apardığı, ağır bir prosesin fiasko mərhələsinə keçdik.
O evlərə bu gün səhər gedilməli idi, amma əməliyyatsız, bir stəkan çay içməyə, barışığa, söhbətə. Həm də bir kamera götürülməli idi. Peşəkar bir reportaj hazırlanmalı, tirajlanmalı idi.
Başqa sözlə, yaranmış vəziyyətin provakasiya olması isbatlanmalı idi.
Diqqət edin, dünən axşama doğru birinci, bu gündüz saatlarında isə ikinci və daha aqressiv rakuslardan polis-vətəndaş qarşıdurması dövlətin qara piarı kimi ictimai rəyə təqdim olundu.
Bizim ictimai rəy indi psixoloji çox ağır vəziyyətdədir. Diqqət edin ölkə olaraq dördüncü aydır ölkə və dünya covid-19 pandemiyası ilə savaşdadır. Insanlar evə qapanmış, işsiz durumda, üstəlik dünya və yerli KIV-lər üzərindən ən müxtəlif qorxu dolu məlumatlar alır və oxuyur. Eyni zamanda Azərbaycan bu pandemiya dönəmində yerli ekspertlərdən davamlı məsləhətlər, izahlar ala bilmirlər. Nə siyasi, nə tibbi yöndən. Aldıqları məlumatlar ünvanlı tərif və ya ümumişlək fikirlərdən ibarətdir. Bir ciddi məqam da var. Bu mövzuda kimlər danışır? Yəni danışanların ictimai yükü nə qədərdir. Vənya ümimiyyətlə varmı? Beləcə yay kimi gərilən adamlar hirsini ona qadağa qoyanlardan savayı kimsəyə yönəldə bilmir. Bu dövlətin ayrı-ayrı qurumları və təglükəsizliyin krşiyində duranlar, yəbi polislərdir. Bu üzdən bütün gərginliklərinə, əməklərinə, zəhmətlərinə rəğmən dövlət qurumlarından maksimum yox, aşırı səbir və dözümlülük tələb olunurdu. Amma son məqamda alınmadı. Indi vəziyyət radikalların əlinə oynayır. Artıq bəzi məqamlarda konkret şəxslərin iatefa tələbləri də səalənir. Bəlli qurumlar doğurdandamə anlamadı bu provakasyadır? Və təkcə Azərbaycana yo, Türkiyədə baş vermişdi, Iranda baş vermişdi, hətta Avropadan yan ötməmişdi. Təbii ki Azərbaycanda bu provakasiya dalğasını gözləmək lazöm və vacib idi. Emosialar imkan vermədi.
Diqqət edilsə zatən ictimai rəy zibil atılması məsələsində polisin tərəfində idi. Hər kəs zibil tökmək tərbiyəsizlikdir deyirdi…
Indi isə ilk görüntülərini xaricdə yerəşəm KIV lər üzərindən, anti Azərbaycan mövqeyində oıanlarla işbirliyində olanlar məqsədinə çatmış durumdadır. Hətta sevinirlər ki, xaosun ilk addımları görünür. Siz siz olun, sülhü, sevgini, sayğını unutmayın. Bir də onu unutmayın ki, dövlət adından insanlara çox əziyyət verilib, lap çox. Bunu dərk eləmək, inanmaq üçün gərək mənən o vətəndaşın yanına enə biləsiniz. Məsələn, evindən aparılan vətəndaşları geri götürməyin, hətta əl sıxışmaq kimi yol hələ var…
Qaldı xaotik durumlara və söyənlərin əlində aciz qalmağımza.
Nə zamana qədər ki, insanlar narahat edən mövzular milli mediaya, yerli tv-lərə daşınmayacaq. Nə zamana qədər ki, malalama siyasəti, kompromat, komanda mediaları olacaq. Nə zamana qədər ki, insanların içinin dığını çaxaran sözləri, inandıqları media adamları, həkimlər, politoloqlar efirlərdən, canlı yayımlardan danışmayacaq. Nə zamana qədər ki, sözü on qatdalayıb əzib büzən aparıcılar efirlərdən yığışdırılmayacaq. Heç nə dəyişməyəcək. Dövləti söyən, xaricdə oturan media da olacaq, onların buradakı havadarları da. Hətta daha da çoxalacaqlar, daha da inkişaf edəcəklər, daha da zəngin yaşayacaqlar. Siz nəyi gözləyirsiniz axı, cənablar?!..