Indi nəinki əhli məmləkət, elə məmləkətin özü də Bayram Nurluya və orta statistik bir qrup müğənniyə möhtac qalıb. Ictimai rəy, yəni insanların beyni elə yuyulub ki, anlamaq istəmirlər sən vətəndaş-müğənnini tənqid eləmirsən, sən “siyasətçi”-müğənnini tənqid edirsən. Bir də onlara ödənişlə söz dedirdən sahiblərini. Niyə? Dövlətin vəsaitini alıb kefdə-damaqda olanlar hanı? Hanı o kəslər ki, dövlətin piarını editlər deyə, yüz minlərlər hər ay vəsait ödənir ciblərinə? Və o vəsait təkcə yaxşı həyat üçün verilməyib. Həm də yaxşı həyat üçün verilib. Bunu unudanlar çoxdur. Özü də reytinq falan veclərinə deyil. O üzdən də məmləkət Bayram Nurluya möhtacdır. Sözün həqiqi mənasında. Ötən həftə Yasamalda yaşanan polis-vətəndaş insidenti bunu isbatladı. Bayram efirlərində əməlli ağsaqqalıq elədi. Adam utanır, yer axtarırsan girib o rda oturasan ki, səni görən olmasın. Peşəndən xəbər tutmasın kimsə. Çünki hara fırlasan sən günahkarsan. Öz aramızdır niyə sən yox, Bayram milyon reytinqlidir. Çünki ona “stavka” olunur. Çünki milləti iradəli, üətiyyətli yox, bayramfason görmək istəyirlər.
Bir qolu ideologiyasızlığa dirənir.
O biri qolu fərdi maraqlara.
Başqa bir tərəfdə sponsor maraqları.
Təsəvvür edirsinizmi? Bu gün Azərbaycanda siyasi güc var ki, Bayrama “stavka” edir. Yəni ölkə mediasının demədiyini, demək istədiyini onların dili ilə dedirdirlər.
Dövlət və millət adına böyük utancdır. Dövləti və milləti ələ salmaq, alçaltmaqdır məqsəd. Bu qədər media qruplar, holdinqlər, beş mindən çox döşünə döyüb jurnalistəm deyən, məmləkətdə, iki zümrə dayanmadan danışır. Birincisi, şou biznesin cinsi azlıqları və ya civiləri, ikincisi, qrup maraqlarına xidmət edən söyüş və klan mediası.
Milli media bu pul dəyirmanında batıb, ölüb, qeybə çəkilib. Ona “stavka” və ya sponsorluq etmək istəyən yoxdur. Niyə? Adından bəlli, milli media. O medianı və media adamlarını ancaq Azərbaycan və millət maraqlandırır. Bu mediatik tip, silinib deyə, ölkə, ictimai məsələlərlə bağlı məsləhəti də, üzürxahlığı da, mesajları da bayramkimilərdən alır.
Hə, ən vacib məqam. Başlar o qədər pul qazanmağa, rüşvət almağa qarışıb ki, bayramlar sosial media üzərindən hamıdan reytenqlidir dedik, amma sual eləmədik, bu birirsinizmi nə deməkdir?
Həm müxalif, həm dövlət tərəfi bayramlara möhtac buraxılıb. Belə zümrəyə böyük məbləğli çeklər yollayanlar dövləti nəyə, kimə və niyə möhtac qoyduqlarını əlbət anlayırlar.
O cəmiyyətdə ki, bayram ictimai xadimdir, ağsaqqal-ağbirçəkdir. Son bir az da yaxındır oralar demək ki. O sona hamını, bütöv Azərbaycanı sürükləyin cənablar, hamının canı cəhənnəmə, kimi korrupsiyaya məruz qoyub, harada rüşvətxorluq əməllərinizi gerçəkləşdirib, bu qədər pul qazanıb, oleqarx, məmur olacaqsınız, çox maraqlıdır? Yəni ki, millət və dövlət öznyerində həm də öz oturduğunuz budağı baltalayırsınız, yenə də özünüz bilərsiniz, “möhtərəm” bayramsevərlər!
Jalə Mütəllimova