Pul ödəməyib, növbəsini tələb edən azərbaycanlılara qarşı təxribat törədildi…

Qan içində yerdə sürüdükləri o millət mənimdir.
O təkcə mənim deyil, bir evin kişisi, bir ailənin başçısı rəisidir.
Bir ananın, Azərbaycanda iş tapmadığı üçün küçələrə düşən, Rusiyaya gedən, bir qarın ac, bir qarın tox yaşayan, ailəsinə çörəkpulu qazanan balasıdır.
Ocavan insanlar kiminsə atasıdır, nişanlısıdır, sevgilisidir, EŞİDİRSİNİZ?! Hər şeyi pulla alıb satanlar. Öz peşəsində vətənə, dövlətə, millətə xəyanət edənlər. Peşəsinin ləyaqəti olan adamlarının adını da, boyunu da yerə soxanlar, sizə deyirəm! Yerlədə sürünən təkcə vətəndaşımız deyil, həm də dövlətimizdir, AZƏRBAYCANDIR!
Bu həm də ona görə olur ki, siz varsınız. Sizdən nə bu millət, nə bu dövlət can qurtara bilmir. Mübahibə də, faciə də sizin üçün gəlir mənbəyidir. Pul qazanmaq üçün obyektdir.
İndi gələk ona ki, vətəndaşının simasında niyə yerlə sürünür Azərbaycan?
Xatırladıram, Azərbaycan və Rusiya prezidentlərinin birgə razılaşmasına görə gündə yüz əllli vətəndaşımız sərhəddən vətənə, Azərbaycana buraxılır.
İndicə çox etibarlı mənbədən aldığım məlumata görə bu üzdən sərhəddən növbə ilə keçənlər arasında mübahisə yaranıb. Necə? Nöbvəyə dayanıb, sırasını gözləyənlərdən başqa, bir də pul müqabilində, növbəsiz sərhəddən keçirilən qruplar olub. Görəsən neynəmək olar ki, Sərhəd Qoşunları Komandanı Elçin Quliyevin adamları yaxşı bir dərs alsın, bir balaca özlərinə yığışdırsınlar?Peşəkar, fədakar və az sayda yaxşı sərhədçilərin də adını batırmasınlar.
Rusiya tərəfi isə yüz əllli nəfərlik limit bitən kimi keçidi bağlayıb. Böyük ehtimal “dolyalarını” ala bilməyiblər. Azərbaycanlılar haqlı olaraq etraz edib ki, düzgün etmirsiniz, biz günlərdir növbə gözləyirik, amma başqaları buraxılır. Bu məqamda rusiyalı sərhədçilərlə mübahisə qızışıb və məlum olub ki, günah Azərbaycan tərəfdədir. Eyni məqamda təxribat xarakterli fikirlər səsləndirilib. Məlumata görə o adamları kimsə tanımır. Bundan sonra rusiyalı hərbçilər azərbaycanlılara fiziki güc təbiq etməyə başlayıb. Xatırladaq ki, sərhəddə təkcə kişilər yox, həm də qadınlar növbə gözləyirmiş. İndi mənzərəni özünüz təsəvvür edin. Ailələrinin gözü qarşısında azərbaycanlı kişilərin bir qismini döyə-dəyə hansı vəziyyətə salıblar.
Yasamal hadisəsindən sonra qısa zaman kəsiyində bu insanların qanını donduran ikinci olaydır. Biz niyə bu qədər müdafiəsiz, niyə bu qədər sahibsizik? Hər dəfə bircə cavabım olur bu suala. Bizim milli təəssüb hissimiz yoxdur. Bizim deyəndə ki, aidiyyatı qurumlarda çalışan böyük bir məmur “ordusunun”. Fikir verin, nə edibsə yenə bizim sərhədçilər, o sərhədçilər ki, av əvvəl generallarını həbs etdilər. Və bizim gömrükçülər və sair. Yeni yenə biz özümüzə bizik, ha tərəfə dönsək özümüzdən başqa kimsəni dalamırıq. Nəfsimiz, yox, nəfsiniz sizdən ucadır. Cavablar, reaksiyalar gözləyir millət. Görək bu dəfə məsələni hansı yönə fırladacaqsınız?
Jalə Mütəllimova