– Polad Bülbüloğlu niyə səfirdir?
– Bülbülün oğludur!
– Polad Bülbüloğlu on iki tarixi əsərimizi oğurlatdırıb?
-Bülbülün oğludur!
-Xaricdə neçə milyonlara satdırıb…
-Bülbülün oğludur!
-Keşikçidağda alver edir…
-Bülbülün oğludur!
-Nazir kimi, bir qəpiklik adam deyil…
-Bülbülün oğludur!
-Axı noolsun böyük yeyintilər edib…
-Bülbülün oğludur!
-Axı…
-Tamam, işdən çıxaraq…
-Bəs…
-Yox Rusiya elitasının dostudur, qoyun səfir getsin….
-Axı səfir kimi də yaramır, ancaq mahnı oxumaqla məşğuldur…
-Bülbülün oğludur!
-Axı limiti bitdi!
-…
Telefonlara cavab da vermir
-…
-Adamlara dəstək olmur
-…
-Axı sərhəddə Azərbaycan vətəndaşlarını şikəst edirlər, onun dünya vecinə deyil.
-….
-Axı o, Heydər Əliyev Ordenin haqq eləyən sima deyildi…
-….
…Bu dialoqu uzun illərdir özüm özümdən, dövlət baba ilə aparıram. Əbləh romantikadır bu. Amma gerçəkdən də düşünürdüm ki, bəlkə düzələr, bəlkə faydalı ola bilər. İndi heç nə demirəm, bir gün Polad öləcək. Onu basdırmağa Azərbaycan gətirəcəklər. Bir onu deyirəm ki, Polad Bülbüloğluna, Azərbaycanın Rusiyadakı səfirinə, o Bülbülün balasına birinci fəxri xiyabanda veriləcək iki metr torpaq min haramı olsun, vəssalam…
Jalə Mütəllimova