“Səfil qalan azərbaycanlılar” başlıqlı yazıma, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən reaksiya var.
Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı, birinci katib Mehdi Abdullayev zəng vurdu və bildirdi ki, səfirlik olaraq yüzdən çox azərbaycanlının iştirakı ilə votsap qrup yaradılıb. “120 SƏ-də, 7 Bəhreyndə, iyirmidən artıq Omamda bizim vərəndaşlar var. Hamısını səfirlik nəzarətdə saxlayır. Onların bir qismi turist kimi. Qalanları iş icabı səfərə gəliblər. Biz onların ehtiyacları ilə maraqlanırıq. Çünki indi adamların həm də maddi olaraq sıxıntıları mövcuddur. Artıq aylardır çalışmırlar. Və sirr deyil ki, SƏ yoluxma statistikasına görə ilk onluğa düşmüş dövlətlərdəndir. Ona görə bizdən maksimum məsuliyyət tələb olunur. Biz Azərbaycanda Operativ Qərərgahın qərarını gözlıyirik. Artıq siyahını təhbil vermişik. Gözləyirik ki, hansı tutumda təyyarə yollanacaq”.
P.S. Mehti müəllimin də dediyi kimi Səudiyyə Ərəbistanı yoluxma statistikasına görə öndə olan dövlətlərdəndir. Düşünürəm bir təyyarə tutumunda olan vətəndaşımızı talehin ümidinə burxmaq dövlətə qarşı cinayətdir. O üzdən bu işin təşkilatçılarından yazar, insan və vətəndaş olaraq xahişimlə, tələbimi eyni məqamda səsləndirirəm. Vətəndaşlarımıza sahib çıxaq. Biz aciz, acından günorta oyanan dövlət deyilik axı. Bir ölkədə vətəndaşımız çırpılır, o birində əsir kimi qalıb.