Kosovo lideri Haşim Tachi müharibə cinayətlərində ittiham olunur. Haaqa prokurorları onun işini məhkəməyə göndərdilər.
Keçmiş Yuqoslaviyada 1998-2000-ci illərdə baş verən hadisələri araşdırmaq üçün yaradılan qurumdan verilən açıqlamaya görə, Tachi və bir neçə ortağı “100-ə yaxın insanın öldürülməsinə”, habelə işgəncə və oğurluğa görə məsuliyyətə cəlb edilməlidir.
Serbiya ilə müstəqillik uğrunda müharibənin başlandığı zamana aid ittihamlara indi Kosovo Xüsusi Məhkəməsi baxır. Məhkəmənin əvvəlcədən baxılması, hakim Taçinin rəsmi ittiham olunacağına qərar verməsi altı ay ərzində tamamlanmalıdır.

Kosovo lideri isə cinayətdə iştirakını rədd etsə də proses dayanmır, ciddi şəkildə araşdırılır. Mövzu ətrafında dünya KİV-lərində geniş materiallar dərc edilir.

…Yaxşı xatırlayıram, indi yüz ölüyə görə Haaqanı silkələyənlərin qarşısına Xocalı soyqırımına dair məlumatlar və ölü saylarının statistikası qoyulmuşdu. Ölü sayı dəfələrlə artıq, işgəncə faktı dəfələrlə artıq, amma məsələni heç müzakirəyə də çıxarmadılar.

Üstəlik Ermənistandan, Dağlıq Qarabağdan məcburi köçkün, qaçqın olanların məsələsinə də eyni münasibət göstərildi. Yəqin ki, çoxlarının başqa bir məqam da yadındadır. Dağlıq Qarabağın işğal altında qalan rayon və kəndlərinin sakinləri evləri və ailələrinin başına gətirilənlər haqda Haaqa məhkəməsinə müraciət yollamağa start vermişdi. Onun da bir müddətdən sonra qəbulunu dayandırdılar. Niyə? Çünki Avropa, Amerika, lap elə Rusiyada yox, Azərbaycanda yaşayırdılar. Çünki soyqırıma məruz qalansalar, evləri işğal olunsa da, Haaqanı bu narahat edə bilməzdi. Ax bu adamlar şərqlidir, azərbaycanlıdır, türkdür, müsəlmandır.
28.06.2020