Kürün Salyan hissəsin çay sürətlə quruyur. Axının son dərəcə zəiflədiyi hissələrdə çay dibinin üzə çıxması nəticəsində, xırda adalar yaranıb.

Kür çayının quruması Azərbaycan üçün təkcə ekoloji problem deyil, həm də ölkədə ciddi susuzluq probleminin yaranması deməkdir.

Xatırladırıq ki, Kür Azərbaycanın 80 faizə qədər əhalisini içməli su ilə təmin edən hövzədir.

Yeri gəlmişkən, çayın ikinci ciddi problemi, quruma nəticəsində Xəzər dənizinin Kürlə qovuşan hissəsində, Nefçala rayonu ərazisindən, dənizin duzlu suyunun Kürə tökülməsi, yəni əks axıtının güclənməsidir. Təcili tədbirlər görülmədiyi təqdirdə ölkə üçün ciddi ekoloji fəlakət başlayacaq.

Aidiyyatı dövlət qurumları yaranmış vəziyyəti qlobal istiliklə izah etməyə çalışır. Ancaq Kür çayında ekoloji problemlərdən illərdir danışılır, yazılır. Kürqırağı neçə rayonun kanalizasiya sistemi çəkilməsi üçün ayrılan dövlət vəsaiti barədə kimsədən məlumat almaq mümkün deyil. Gürcüstan, Ermənistanın Kürə axıtdığı çirkabları hələ demirik. Kürdən ayrılan qollar üzərindən axmazlar, süni balıq gölləri yaradılması da vəziyyəti daha da ağırlaşdırır. Bu məsələlər zamanla qaldırılıb. Ancaq əhəmiyyə verilməyib.

Hə, indi aidiyyatı qurumlar kimi qalxıb desəniz ki, onda başımız dövlətdən pulunu oğurlamağa qarışıq idi. Buna hamı inanacaq. Amma iş görməyə başlasanız sizi bağışlamağı da düşünər adamlar. Hər şeysiz qoyduğunuz xalqı susuz da qoymayın barı, bu yezidlikdi.

29.06.2020