Şamaxı şəhər polis rəisi beş gün əvvəl Bakıya dəvət edilib və vəzifəsinin başına qaytarılmayıb. Onu tutduğu postdan uzaqlaşdırıblar.
Bu barədə DİN hər hansı açıqlama yaymayıb. Ancaq etibarlı mənbədən əldə olunan məlumata görə o, böyük şəhərlər sırasında adı qalmaqallı hadisələrdə mənfi hallanan polis rəislərindəndir. Eyni zamanda Şamaxıda insanlara münasibətdə dfələrlə qüsurlara yol verib. O cümlədən polisin adı hallandırılan çoxlu qalmalallı məsələlərdə rolu var.
Yeri gəlmişkən, bir neçə gün öncə sosial şəbəkədə Şamaxıda Polis İdarəsindəki özbaşınalıqdan dolayı intihara cəhd edən vətəndaşın videoyazısı yayılmışdı. Dolayısıyla polislə bağlı başlanan qara piar işində Şamaxı Polis İdarəsinin rəisinin adı ciddi hallandı. DİN-dəki mənbə xəbər verir ki, rəisin cəzalandırılaraq vəzifəsindən uzaqlaşdırılmasında bu olayın da rolu var. Polis vətəndaş-dövlət münasibətlərində qopmaya yol verə bilməz deyə mənbə vurğulayıb.
29.06.2020