Çox adam Qənimət Zahidi söyür. Müxalifətdən də, iqtidardan da, islahatçılardan da, liberallardan da. Yəni hamı, özü və feyk profilləri, hatta trol komandası ilə Qənimət Zahidə “hücumdadır”.
Öz adıma ona sadəcə təşəkkür edirəm. Adam bir cümlə ilə çevrəsinin mahiyyətini ortaya qoydu. Hansı ki, bu mahiyyəti anlatmaq üçün dəfələrlə hədəf olan imzalardan biri də bəndənizdir. “İşimiz hakimiyyəti şərləməkdir”.
Yəni hakimiyyət qarşısında elə tələblər qoyaq ki…icra edə bilməsinlər….əvəzində…
…Hə, əvəzində siz nələrsə istəyin, susmaq üçün.Haralarasa mesaj yollayın, xəbər salın və sair. Bir daha bu məsələni qaldırmamaq üçün sizə edilməsi lazım olan şeyllər toplusunu yollayın.
Sonra lap ölkədə aləm bir-birinə dəysin. Nəyinizə lazım, Azərbaycan “yananda” bir qom çırpınız ha yanmayacaq…

***
…Bəlkə kimsə düşünər ki, dövlət və xalq təəsübkeşliyindən çıxıb, kimlərinsə müdafiəsinə yönəlik nələrsə yazmaq niyyətindətəm, əsla. Kim dövlətə və xalqa qarşısa, hansı düşərgədə olur olsun qarşısında olanlardanam.

…Və yeri gəlmişkən onu da deyim ki, Qənimət Zahidin bu müəmmalı replikası bir siyasi “tryuk” da sayıla bilər. Niyə? Qənimət Zahidin əski əməkdaşlıq istiqamətlərini xatırlayanlar, bu işarəti daha yaxşı anlayar yəqin. Geniş ictimaiətsə proseslərin gələcək inkişafından özü hər şeyi görəcək. Onların formulunun mahiyyətidir bu:

Sürüşkən, yuvarlaq, oynaq və tərəfli tərəfsizlər…

Jalə Mütəllimova

30.06.2020