Azərbaycan xalqı mənən Gülcahan xala, Məmmədhəsən əmi deyil. Biz cahil beyin, ölü xalq olmamışıq heç zaman. Bu fikirləri təbliğ edib milləti aşağılamaq, milli mənini qırmaq olmaz. Biri var xalq səndən tələb edir, sən də işləyib dövlət olursan. Bir də var xalqı mənən Gülnisə eləyib, özün də mənən, dövlət yox Xudayar bəy olirsan. Sonra da uçitellər, gəlib səni işğal edir, uşqol açır ki, guya səndən mədəni, tərbiyəli, dünya adamı qayıracaq. Halbuki özü işğalçı, demaqoq və oğrudur, yəni özünü əməlli nəsə qayırıb ortaya qoyan lazımdır.
Ən vacibi, unutmayaq, millət güclü olarsa, dövlət qüdrətli olar! Bu bizim uğur kilidini açmaq üçün sehirli sözümüzdür həm də.

…Və biz xalqın dilində danışmağı öyrənməliyik…