Öncəliklə ondan başlayıram. Həyatını COVİD-19 yoluxmasından itirən insanlar üzərindən təşkil olunan siyasi hücumlardan. Bunu ən çox edənlərdən biri “Meydan” TV-dir. Adamların ölümünü aşağılayır və ya məqsədindən dolayı istifadə edir.
Dünən COVİD-19-la mübarizdə şəxsən tanıdığım, ailəsinə bələd olduğum birini itirdik. AZTV-nin əməkdaşı Samir Nemətzadəni. Onun ardınca ölkənin çox istedadlı insanlarından biri, yenə də AZTV-nin şöbə müdiri Etibar Babayebi. Şəxsən tanıdığım adamların itkisi mənə insan olaraq hər şeydən çox təsir edir Bir də onların ictimai nüfuzu üzərindən qara piar təşkil edirsə elə bilirəm dünya dağılıb, hamı altında qalıb. Adamı o ağrıtmır ki, kimsə dövlətə, xalqa siyasi ambisiyasından dolayı pislik edir. Adamı ağrıdan o ki, ölkədə insanlar o həddə gətirilib ki, ölümə hırıldayır, oxqay çəkir, yaxşı oldu deyir. Bu gün hətta belə bir reaksiyaya şahid oldum: AZTV o qədər yalan danışır ki, bel qardaşlarımız qurban gedir…
Heyrət eləyirəm, inana bilmirəm ki, bu əsirdə, bu ildə, İT və kampyüter əsirində Azərbaycanda hələ bu cür cahilcə düşünən vətəndaşlarımız var. Bu ictimai fikir adamı olaraq məmurlar, dövlət qədər bizlərin də günahıdır. Ancaq indi heabat sormaq yox günahlılıq dərəcəsindən asılı olmayaraq hamının bir olmaq zamanıdır. Əks halda nə xalqda xalqlıq, nə dövlətdə dövlətlik qalacaq. Çünki üzərimizə qaraguruh yox, düpədüz etiraf eləmək lazımdır. Yaxşı təşkil olunmuş, maddi təminatlı, nifrət dolu yetişdirilmiş, illərdir işlənib hazırlanan proqramla böyük bir sistem yürüyür. Bu təsvirdən sonra başqa bir deyəcəyim var, cənablar, düşmənini küçümsəmək iki göstərici əlamıtidir. Birincisi, qorxursan, ikincisi cahilsən, yerində deyilsən, vəziyyəti anlamırsan… Və ən vacibi əks cavaba hazırlığın zəifdir. Vəsaiti lazım olan yerlərə və adamlara yönəltməmisən. Onlarsa sənin necə deyərlər az qala çənənin altında oturublar. Çünki ən özəl, ən gizli məlumatlarını, görüşlərini, yazışmaları belə əllərində olan tribunalardan tirajlaya bilirlər.
İndi gələk ona ki, bu niyə bizim başımıza gəldi. Başlayaq AZTV-dən. Telekanalın beş əməkdaşı yoluxub və artıq ikisi dünyasını dəyişib. Yəni TV fövqəladə vəziyyət rejimində çalışmalıdır və ya ümumiyytələ, fəaliyyətini dayandırmalıdır. Neynəmək olar? Kurasiyasında olduğun qurum qarşısında ciddi məsələ qaldırmaq lazımdır. Demək lazımdır ki, onlayın iş rejiminə keçirməyə məcburuq. Lap efirə aparıcıların evindən çıxın. Necə ki, bunu Türkiyə KİV-ləri etmişdilər. İkinci variant, hazır və ya arxiv verilişlərdən ibarət efir setkası yığın, Azərbaycanda ən böyük TV arxivi məhz AZTV-dədir, insanları isə qeyri-müəyyən müddətə işdən uzaqlaşdırın. Yeri gəlmişkən, artıq CBC TV-də də bir neçə nəfərin yoluxması xəbəri yayılıb. Bu varinat həmin kanal rəhbərliyi üçün də keçərli sayıla bilər.
Sual olunur ki, bunu edəcək qüdrətdədirmi həmin rəhbərlər. Qırmızı telefonu qaldırmağa cəsarət və ürəkləri varmı? Cavabı yəqin ki, bəllidir. O üzdən növbəti məsələ…

Hər kəsdə olduğu kimi ümid yenə sənədir Azərbaycan vətəndaşı. Əslində bu ciddi siqnalrdır. Özünüzü qoru. Bu mərəz var. Bu qorunmalar, məsafə saxlamalar, gigiyenik qaydalara əməl etmələri mütləq gücləndirilməlisən, məsuliyyətini artırmasan, bizi kimsə və heç nə xilas etməyəcək…

Jalə Mütəllimova

03.07.2020