Mırt cəmiyyətinə dönüşürük, həm də çox sürətlə! Mütləq deyəcəm bunu.

Təkcə dövlət vətəndaş münasibətləri “çatlamayıb” ölkədə. Həm də biz öz aramızda təbəqələşmişik.

Indi də səfərbərliyə alınanlar, səfərbərlik çağırışı lağ obyekti olub.

Xəbəriniz varmı, qorxunc olmuşuq?!.

Təkcə nazir balasına deyil, müğənniyə deyil, iş adamına deyil, hətta bir çörəyi bizdən artıqdısa, qonşu Səhnə nənəyə də oleqarx deyirik, lağla baxırıq, söyürük, paxıllığını çəkirik, gözdən salırıq, linç edirik.

Durum belədir ki, kimi qəstumu cırıq, pantalonu yırtıq, ağzı selikli, burnu suludusa, kim daha bərk bağırırsa, söyürsə, babat anekdot danışırsa, acından ölməsinin bir səbəbi də “ələ baxmağıdır” qusurunu düşünmürsə, o haqlıdır, eləmi?

Əslində, bilirəm niyə belədir durum. Və ya bu nəyin qarşılığıdır. Deyirsiniz ki, ütülü qəstumlular, jele başlar, bahalı şanpan şərab içib, dədəsi Məmmədin dilinə lağ edib, bəyənməyən, urusca, firəngcə, ingiliscə danışan dar, qısa balaqlılar da bizi saymır axı.
Elə bilirsiniz onlar düz edir? Əsla!..

Elə bir dünya yoxdur! Belə olmur! Belə ola bilməz! Belə dövlət qalmaz, vətən işğal olunar, xalq kütləyə çevrilər!..
Çıx bu psixoloji mandrajdan, Azərbaycan!

Məmurlu, vətəndaşlı, çıx!

Söyüş, mırt, rişğənd və lağ eləmək, sənə yaraşmır!

Dövlət yox, muxtariyyat etdirəcəyik özümüzü, mərhələ-mərhələ!

Xalq ola-ola, kütləyə çevriləcəyik, bu sayğısızlıq durmasa!

***

Ozünü sənə bircə kadrda xatırladıram Azərbaycan insanı.

Xəqani 33-ün yuxarı küçəsindəki qul bazarından. SƏN, qul bazarında, ot biçən alətinə dirsəklənib, qəzet oxuyan, kasıb, işsiz olsan da özünü yetişdirib, dövlət quran millətsən!

Sən, axşam fəhləliklə qazandığın puldan mütləq cibində bir qəzetlik haqq saxlayan millətsən!

Özünü hikkəyə, kinə, qarına qurban eləmə!

Səndən başqa bu dövlətin heç kimi yoxdur!

Dar gündə onu sahiblənən, yenilməyə qoymayan, vahid güc sənsən!

Hər kəslə mırt tutan balalarını evində maarifləndir!

Milli dəyər, milli təəssüb, milli şüur, milli qeyrət qürur sahibi elə!

Lağ, rişğənd, acizlik, psixoloji qüsurdur, mənəvi deqradasiya göstəricisidir.

Özünü qoru qurban olduğum, özündən muğayat ol MILLƏT!..

Jalə Mütəllimova

18.07.2020.