Bu böyük oyundur, arxasında vətənpərvərlik dayanmır!
Bu böyük oyundur, onsuz da qarışıq olan ölkəyə proses ikicə gün də davam eləsə cənazələr gələcək!
Ya da bir-iki dığa öldürüb, iyirmi-otuz, günahsız azərbaycanlını bada verəcəklər!
Adam dözə bilmir, bazarda bir azərbaycanlının başına qarpız çırpırlar. O, cavanın günahı yoxdur. O, məmləkətində iş tapmadığı, adam yerinə qoyulmadığı, ailəsinin acından ölməməsi üçün Rusiya bazarında qarpız alıb satmaqla, beş manat qazanır…
Qeyrəti var, millətinə qoyun dedirtmək istəyirlər, bir neçə dığa tərəfindən döyülür, dirənir, demir!..
Bu olayın bir ucu Azərbaycanın iç siyasətinə bağlı. Azərbaycan tabe olmur. Rusiya tabeçilikdən yanadır. Başqa ad altında “SSRI sevdası”, Qarabağsız alınır, Qarabağla alınmır. Azərbaycan Qarabağsız heç yerə getmək istəmir. Rusiyaya aid olmağı, heç istəmir. Zamanı olan Rusiya prezidenti V.Putinin ITAR TASS üzərindən yayınlanan müsahibələrini dinləsin. Onlar hətta tabe olmayan köhnə sovet respublikalarında siyasi hakimiyyət dəyişikliyinə can atmağı istisna etmir. Bu gün o istisnalardan birinin ilk işartısı görünür.
Bu ən “rahat” variantdır ruslara. Azərbaycanlıları Dağlıq Qarabağdan dolayı provakasiyaya çəkmək. Bu dəqiqə Rusiyada bu baş verir. Azərbaycansız layihləri gerçəkləşməyən Rusiya “cinayət törədir”.
Bir yolumuz qalır, cəbhədə savaşmaq. Cəbhəni yenidən açın. Azərbaycanlı kişi mübariz xalqın övladıdır. O, heç olmasa şəhid olub ölsün, ya da qazi olsun. Qalib qaz, məzlum, uduzmuş yox. Bircə başımıza qarpız geydirilməsinə imkan verməyin…
Bu milləti sahiblənin!..
Kiminsə Pəhh deyib cahilcə həzz almasın.
Siyasi naşı və emosional insanlarımız əziyyət çəkir.
Artıq bıçaqlaşma başlayıb, axşama ölüm xəbəri gözləməyin!..
Jalə Mütəllimova
24.07.2020