Döyüşü Tovuzda başladılar. Insanlar qıcıqlandı, sərhəd keçib irəliləmək olmazdı.

Generalımızı öldürdülər. Sirr deyil, qohum-qardaş hesabına irəliləyən generalımız da çoxdur. Amma ən hasını, insanları canı qədər sevdiyini seçdilər. Niyə? Adamlar qıcıqlansın deyə.

Mülki vətəndaşımızı qətlə yetirdilər.

ƏRIK əməliyyatını qulaqardına vurub.

Ardıyca özbəklərə, taciklərə, axçılərə əlaltından satdırdılar.

ABŞ-da ajeotaj yaratdılar.

Brüselldə dava saldırdılar.

Rusiyada bir gündə dörd yerdə azərbaycanlıların əsəsbini ermənilərlə bağlı gərdilər.

Bakıda Qarabağa dəstək aksiyasında insanları aldadıb təxribata çəkdilər.

Kütləvi həbslərə başlamağa sürüklədilər dövləti. Yenə də insanları qıcıalandırmaq idi məqsəd.

Yarıdan çoxunun hüququ əllərində olan parlamenratilərini lal saxladılar.

Hökumət üzvlərinin biri səsini çıxarmır.

Ziyalıları isə qeybə çəkilib, ölkədə.

Hamısında məqsəd bilirsinizmi nə idi?

Insanları beləcə qızışdırıb itaətsizliyə sürükləsinlər. Azərbaycanı itaətsizliyə sürkləyirlər.Rusiya hadisələrinin sonu ölümlərə bağlansa bu ikiqat dəhşət olacaq.

Bakıda qarşısına çıxa bildi dövlət, burda alınmadı. Gedib Avropada, Los Ancelsdə insanlarımızı əzdirdilər ki, Rusiyadakılar çıxıb dava eləsin. Avropalı azərbaycanlı nə qədər sülhsevərdirsə, Rusiyadakı bir o qədər sərtdir deyə.

Mental reaksiyalarımızı çox dəqiq bilirlər. Çox dəqiq işlədilər. Nəticə onlara görə əladır. Insanlar itaətsizliyə doğru gedir. Azərbaycanı və azərbaycanlıları itaətsizliyə sürükləyirlər.

Bu üzrəndir ki, Tovuz olaylarında lal olan erməni xislətli raikal söyüş müxalifəti də dirilib. Azərbaycanlıları yox, erməniləri dəstəkləyirlər. Açıq-aşkar döyülən azərbaycanlıları söyürər. Bir işə bir qadını söyməklə başlayıblar.

Amma bunu Rusiyada Polad Bülbüliç çox bəsit ifadə edib: Rusiyada əppək qazanırsınız…

Düz demir, sən heç yerdə acından ölməyəcəksən Azərbaycan INSANı, yeməklə, torpaqla imtahandasan, həm də illərdir imtahandasan, sənə qürbətdə sahib çıxmaq indi çox zor! Dövlətini də səni də itaətsizliyə sürükləyirlər, səbirlə davran…Həmişəki durumdur, SINAQDASAN başı bəlalı XALQ!..

Jalə Mütəllimova

24.07.2020