Rusiyadan Dmitri Medvedevin dünən etdiyi çıxışından bir fikiri diqqətinizə çatdırmaqla başlamaq istəyirəm:
-Irəvan və Bakı tələsik hərəkətlərdən çəkinməlidir.

Hansı tələsik hərəkətlər sualı vermirik, çünki neynəsək Rusiya ilə razılaşdırılıb və ya müzakirə edilməyibsə demək ki, tələsik qərardır. Illərin təcrübəsi bunu öyrədib hamımıza. Gələk Azərbaycanda son olanlar:

– Hücum diplomatiyası haqda Prezident mesaj verir;

– Yüz mindən çox adamın döyüşmək üçün qeydiyyatdan keçir;

– Bakıda Qarabağa dəstək aksiyası keçirilir, adamlar təxribata çəkilir;

-Rusiyada meyvə-tərəvəz bazasına ermənilərin girişinin yasaqlanmasına nail olunur;

– Azərbaycan XIN-də milli, kadroloji dəyişiklik baş tutur;

-Avropada, Amerikada Qarabağa dəstək aksiyaları keçirilir;

-Dinc aksiyalarda azərbaycanlılar döyülür;

– Avropada baş verənlərə, Rusiyadakı həmvətənlər reaksiya verir;

Bunlara qədərsə,

-DQ heç bir aidiyyatı olmayan, Azərbaycanın Tovuz rayonuna, ölkə və dünya üçün əhəmiyyətli kəmərlərin keçidi istiqamətdən gözlənilmədən Ermənistanın hərbi həmləsinə tuş gəlir.

-On iki şəhid, onlarla yaralı ilə Azərbaycan müdafiə olunur.

Azərbaycana silahlı basqından sonra yuxarıda da qeyd edildiyi kimi , Avropa, Pribaltika və Amerikada dinc aksiya keçirən azərbaycanlılar ermənilərin hücumuna məruz qalır. Bu olaya Rusiyadan azərbaycanlıların cavabından sonra, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 23-də rəsmi Bakıya demək olar ki, ismarıc yollayır:

-Uzun müddət Azərbaycanı bizimlə güc dilində və güc tətbiq etmək hədələrilə danışmamağa çağırdıq. İndi deyə bilərik ki, Ermənistan nəinki danışıqlar masası arxasındakı güc təhdidini dəf etdi, həm də döyüş meydanında nümayiş etdirdi ki, onlar əsassızdır və real qüvvələr nisbətini əks etdirmir.

Paşenyan iyul döyüşlərindən sonrakı qənaəti ilə bölüşüb:

-Ermənistan və Qarabağın ümumi təhlükəsizlik sistemi möhkəmləndirilməlidir;

-Qarabağ, danışıqların tamhüquqlu tərəfi olmalıdır;

-Azərbaycan güc tətbiqindən açıq şəkildə imtina etməli və antierməni ritorikasını dayandırmalıdır;

-Əgər Azərbaycan öz maksimalist tələblərindən əl çəkməyə və məhdudiyyətsiz kompromisə getməyə hazırdırsa, danışıqların mənası olacaq. Qarabağın özünütəyin hüququnun tanınması, Ermənistan və Qarabağın təhlükəsizliyi güzəşt predmeti olmayacaq;

-Azərbaycana silah göndərən ölkələr dərk etməlidirlər ki, bu silahların dinc əhaliyə qarşı tətbiq edilməsi cinayətdir, çünki belə təəssürat yaranır ki, Ermənistana və onun dinc əhalisinə qarşı təkcə Azərbaycan deyil, həm də öldürücü silahlar istehsal edən beynəlxalq korporasiyalar öz mütəxəssisləri ilə birlikdə vuruşurlar;

-Barışığı kimin pozduğunu təsbit etməyə yönələn daimi nəzarət mexanizmlərini əhatə edən beynəlxalq monitorinq sisteminin tətbiqi zəruridir;

-Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işi davam etdirəcək və Türkiyənin regionda sabitliyi pozmaq cəhdlərini qəti şəkildə rədd edir.

Rəsmi Bakı hələlik bu bəyanata münasibət bildirməyib.

***

ABŞ-dan Osmanqızı TV: Bu hadisələri Azərbaycan dövləti təşkil etdi ki, adamlar yüz doxsan manatlıq sosial müavinəti yaddan çıxarsın, dövlətsən istəməsin. “Məqsədləri həm də pandamiyanı insanlara unutdurmaqdır. Daha çox insan yoluxdurub pul qazanmaq, siyasi hakimiyyətlərinin ömrünü uzatmaq istəyirlər” .

***

“Azad söz” iyulun sonu hər kəsi küçələrə çağırır.

***

Avropadan azərbaycanlılardan ibarət söyüş “mediası” da hərəkətə keçib, neçə gündür lal olmuşdulat. Məhəmməd Mirzəli, “sizi ermənilər gərək fiıan-filan da edəydi” deyir…

Orduxan, konkret adlara səslənir, hanı Avropadakı ordunuz, gücünüz, gəlin də, gəlin, göstərin, hanı, yoxdu?!.

***

…Və bütün dünya susur.

***

Azərbaycan daxilində isə insanlarımız uzun illərdir şoulara, manıslara, başqalarının intim həyatına pəh-pəhlə baxmaqdan, ehtiyacdan, işsizlikdən, problemlərdən, inciməsin aşınıb. Özü də əməlli başlı aşınıb. Hər şeylə lağlağa edir, analitik beyni quruyub, gücü itib adamların. Qınamır, hamınə məhz məhz bu günə hazırlayıblar.

***

Bu mənzərədə çox yalqızsan Azərbaycan, tanrı və türk ümidinəsən. Özünün olanaarda qüsur sonsuzdur. Hələ korrupsionerini, rüşvətxorunu demirəm. Onlar da bir ayrı dərddir.

Başqa sözüm yoxdur, rusa güvənən erməni, rusa və erməniyə güvənən dünya, etibarsız çevrə, küskün vərəndaş, səni ədalətsiz, fəedi maraqlardan yana qərarlarla böyrü üstə qoyan övladların, durumun asan deyil, bacar özündən və bizdən muğayat ol, VƏTƏN !..

Jalə Mütəllimova

25.07.2020