Hər kəsin başı Sevinc Osmanqızına qarışıb, Qurban Məmmədov unudulub. Öncəliklə deyim ki, illər öncə Q.Məmmədovun məhkəməsində ilk gündən son günə qədər iştirak eləmiş az sayda media adamlarındanam. Düzü o zaman Azərbaycanın öndə gedən, xeyli media simaları yetişdirəm “Hürriyyət”in sahibi kimi onun saxlanmasını istəmirdim. Nəinki mən heç kim onun ittiham olunduğu məsələlərdə günahkar görmək istəmirdi. Məhkəmədən yazdıqlarım demək olar adətən “Azadlıq” qəzetinin manşetində olurdu. Yaxşı xatırlayıram, vətənə xəyanətdə də günahlandırılırdı. İndi vətənə xəyanət ittihamı ilə məhkum olunmuş, sonra hansısa yollarla azadlığa çıxan Rəhim Qazıyevin ciddi cəhdlə müdafiəsindədir.

Uzlaşdırıram, illər öncə vətənə xəyanətdə ittiham olunan biri, vətənə xəyanətdə ittiham olunan başqa birini, həm də yazın dostunu, sabiq müdafiə naziri Rəhim Qazıyevi ciddi cəhdlə müdafiə edir. Xətt birdir, Rusiya. İllər öncə Azərbaycan təhlükəsizlik orqanlarının ittihamı bu günlərdə özünü Rəhim Qazıyev faktoru ilə doğrultmaqdadır.

Bu hansı məqamdan dolayı üzə çıxan versiyadır?

MM-in komitə sədri Qənirə Paşayevanın Türk telekanallarından birində səslənən “əski savinma bakanı vatana ihanətdən yarqılanmış, Tovuz olaylarında yenidən eyni çağırışlar etdiyi üçün habse atılmış, barəsində cinayət ii qaldırılmışdır”.

Q.Məmmədov hesab edir ki, bu Azərbaycanı türk dünyasında biabır etməkdir. Mərhum Prezident Əbülfəz bəyi təhqir eləməkdi. Harada-harada Türkiyədə,Əbülfəz bəyin ruhuna sayğı duyulan bir məmləkətdə, ülküçülər diyarında ona lağ edib aşağılamaqmı olar?! Çox gülməlidir…
Əslində demək lazım idi ki, şəxsi və əqidə dostuma, vətənə xəyanətdən ittiham olunan Rəhim Qazıyevə hörmətsizlik etdiyinə görə xanım millət vəkilini hədəfə almışam.

Söhbət boyu görüntülərinin altında bank hesablarının açıqlanması isə çox maraqlıdır. Guya sıravi adamlardan daxil olan ianələrlə fəaliyyət göstərirlər. Əslində şantaj yolu ilə qazanmaq və sərfəli olmayan tərəfləri “vurmaq”la məşğuluq demək daha səmimi olardı.
Düzü bu müdafiə mövqeyini, Sevinc Osmanqızı olayının tərkibi də hesab eləmək olar. Yəni Osmanqızına qarşı, Paşayeva oyunu oynamaq. Qarabağ məsələsində bir ittifaq olanlar, Azərbaycan qarşı duranlar üçün çox yaxşı variantdır.

O mənada ki, hələ Avropada olaylar başlamazdan əvvəl, Qurban Məmmədov belə bir aksiyanın təşkilinə işarə edib, çağırışda bulunmuşdu, sizi istifadə edəcəklər, bayıra çıxmayın, ay naxçıvanlılar…

Q.Məmmədovun vəkillik təcrübəsinə və müdafiə mexanizminə bələd biri kimi deyirəm bunu, adam bütün mövzularda öncədən özünü sığortalamağı bacarır. Aksiyalarda törədiləcəklərdən xəbərdar olduğunu həm dolayısıyla dedi, həm də deməmiş kimi göründü. Bütün bunlar aşağı, yuxarı elə vətənə xəyanətdir. Qənirəyə və digərlərinə yox, bu mövzuda vətəninə xəyanətdi. Saxta deyilən ittihamları doğruldursunuz Qurban Məmmədov! Davam edin sizi görün XALQ!..

Bu həm də vətənə xəyanətdə ittiham olunanların sənə hücumudur. Möhkəm dayan, VƏTƏN!

Jalə Mütəllimova

26.07.2020