Günümüz belə açılır. Ölkənin guya islahat apararılmış bütün telekanalları bu gündədir.
Necə?
Belə, deməli, Gəncədə çəkiş edirlər ki, bəs tanınmış bəstəkar Qənbər Hüseyinlinin məzarını yerində çoxmərtəbəli bina tikmək üçün harasa köçürürlər. Gəncədə buna görə adamlar narahatdır, edilməsin, günahdır deyirlər. Amma gecəylə bir əl, hər şeyı yığışdırır və oradan tv-lər üçün video material hazırlayan bircə juralist belə mətni heç sosial şəbəkə profilinə də qoya bilmir. Həmən atarlar işdən.
Indi, bir bənna, yəni inşaat şirkəti rəhbəri, qandırmırsa ki, elə şeylər var insanların inancına, sevgisinə, mənəviyyatına bağlıdır.
…Və bir məzar yerində ev tikmək dinimizlə də günahdır. Orada ailə, ev enerjisi olmaz. Tez-tez pis hadisələr baş verər, o adam danadır.
Və hansısa səbəbdən dolayı, teleiziyalar bu xəbəri tirajlamırsa, daha onlara da sözüm yox…Onun heç bir mövzuda prinsipi və mövqeyi ola bilməz…
Vay, vay, vay, cip-cip “Cücələrim”…siz nə gündəsiniz?
***

Cücələrim”, boşuna xatırlamadım bu uşaq mahnısını. Indi məhv olan uşaq musiqisinin unikal yaradıcılarından olub Azərbaycanda Qənbər müəllim. A kişilər, bəlkə ananız beşiyinizin yanında siz güləsiniz deyə bacardığı kimi min dəfə oxuyub bu mahnını, cip-cip cücələrim… indi yırtıcı olmayın, incitməyin kişinin ruhumu, mənəvi, milli, əqidə dəyərləriniz olsun…
…və unutmayın, əməlləriniz nümunədir. Bu gün siz elədiyinizi, sabah sizə mütləq edəcəklər…

…Və nə gözəl olardı o məzarın ətrafında bir uşaq parkı salınması…

Jalə Mütəllimova

27.07.2020.