Neçə gündür müşahidə edirəm, bir qrup uşaq, sözün mənəvi mənasında uşaq, hələ də Qarabağa dəstək aksiyası və orada baş verənlərlə bağlı müzakirələri davam etdirir. Vəziyyət təxminən belədir:

Sən filankəsi tutdurdun, sən bəhmənkəsi çəkdin, sən o videonu filan yerə göndərdin. Sonra da o deyir yalansa sən filan-filan ol. Arvadın belə, özün belə, anan belə. Yəni nənəm deməsi, bir-birinin qıyıqdan keçənini qoymurlar. Iyrənc və üfunət dolu səhnədir, eləmi? Xarici KIV adı altında çalışanların əli ilə çıxarılam hoqqadır əslində. Konkret əllərə işləyən hadisədir. Xeyli günahsız adamın saxlanması üçün əqidəsiz, mənəvi və psixoloji qüruslu uşaqlar vasitəsi ilə situasiya yaradıblar. Bakıdsn, ya xaricdən idarə olunur? Bu ciddi araşdırma tələb edir.

Bu arada, dövlətə Qarabağa dəstək aksiyası ilə bağlı əməlli basqı var. Milli Şura fəalları, çevrəsindəki hər kəs daxil bu işi böyük kampaniyaya çevirib.

Əlində hər cür resursu olan hakim partiya, deputat və məmur korpusu, “müdrükcə” susur. Qarşısında kimin dayandığından məlumatlı deyil. Özünü çox yekə bilir. Amma və lakin çox ciddi bir məqamı unudurlar. Yasamalın yuxarı məhlələrində bıçaq oynadan cıqqılı gədələr kimi gəldi durduğu yerdə “”yorta” biləcək qədər “istedadlıdır”. Həm də qorxaqdır, həm də anormal həyat tərzləri var, həm psixoloji və psixiatrik problemlidirlər. Maddi təminat üçün nəyə desən gedirlər. Bax dövlətə qarşı başlanmış “cəbhəçi ovu” kampaniyasını da məhz belələri, media ciqanlarının əli ilə təşkil edirlər. Odur ki, susmaq limiti artıq bitib, xanımlar və cənablar! Bir ovuc adam ona görə mübarizə aparmır ki, sizin “ağ adam” kimi yaşayışınızı təmin etsin. Artıq hər kəs, bu ədalətsiz mübarizə formatından bezib. Ortaya hansısa formada çıxın və mübarizə başlayın. Heç olmasa “ağ həyatınız” naminə.

Necə? Sizə bir ipucu verəcəyəm.

Kanal-13 deyə bir media quruluşuna, “Meydan” TV-yə, “Azad söz”ə işləyən uşaqlar var. Bu günlərdə bir qovğalarını müşahidə etdim. Detallara varmadan mahiyyəti deyirəm. Məlum oldu ki, o uşaqlardan biri Nurlan Libere AXCP fəalı, Telman Seyfullanın və daha bir neçə cəbhəçinin videosunu çəkib. Əvvəl videonu fb-də tirajlayıb ki, araşdırma aparacaq yerlər görsün. Sirr deyil, sosial şəbəkə ciddi nəzarət altındadır. Sonra videonu fb səhifəsindən silib.

Nəticədə, məlum aksiya ilə bağlı təxribat xarakterli olayların araşdırılması gedişatında Telman həbs edilib.
Bu adamın, Telmanın, həyat yoldaşı ağır xəstə, özü dəli kimi vətən, Turan arzulu sıravi cəbhəçi. Niyəsə əminəm ki, bu adamın üzərində bir oyun var. Çox gözləyəsi olmsdım.

Sən demə sıravi cəbhəçiləri çəkən Libere və özü kimi dostları bu ailədən xoşlanmır. Indi Telman, onun kimi xeyli adam da bir cıqqılı uşağın hikkəsinin əziyyətini çəkmiş ola bilər. Yəni onlarla belə fakt var.

Məsələn, “Meydan” TV-nin aparıcısı düz MM-in içində çəkiliş edirdi. Niyə? Informasiya və situasiyayla işləyən jurnalist bilmirmi ki, nə baş verirdi məkanda?

Bu ciddi, çox ciddi problemdir, sayğıdəyər məmurlar, deputatlar və sairlər, həyat tərziniz, fəaliyyətinizdəki qaranlıqlar, çox ziddiyyətli mövqeyinizdən dolayı, bu uşaqlardan çəkinirsiniz. Çünki mütləq bir qara-qura işinizi üzə çıxarıb, sizi hamıya söydürəcəklər. Daha dəqiqi, özləri qəbildən olanalara söydürəcəklər, ciqanlara.

Amma heç olmasa bir ictimai nəzarət təşkil edin barı. Dövlətə saxlanan adamların təxribatçı olub-olmamasını araşdırmaq üçün dəstək verin. Məsələn adamlar həbs edilmədən araşdırılsın. Efirlərdən yalançı dövlətçiliyə ehtiyac yoxdur. Əslində sosial media olan yerdə, artıq proses ona gedir ki, çıxdığınız efirlərə də ehriyac qalmır. Real iş görüb, dəstək vermək zamanıdır dövlət babaya.
Çünki dövlət nə qədər acı olsa da, bu bir ovuc küçə uşağının əlində aciz qalıb. Nə öldürmək olar, nə ölkədən qovmaq, nə də onlardan imtina eləmək. Heç həbs eləmək də olmur.

Xarici KIV-lərin Bakıdakı rəsmi fəaliyyətlərinin qadağan olunmasının Azərbaycana vurduğu bir ziyan da budur. Küçə uşaqlarından ibarət mediatik qruplar yetişdirdilər. Yarısı Iran, yarısı Amerikaya bağlı əqidəsizlərdən ibarət. Qalıb Rusiya, o da yəüin bir iki bloqeri qorumaqla kifayətlənir indilik. Əslində buna gətirəcəyini zamanında hesablamaq lazım idi…

…və bu durum müxalifətə, güclü hücum üçün ciddi əsas verib. Heç nəyi kiçiltmək, dövlət başçısına yalan məruzə eləmək, olmaz! Bu yazdıqlarım çox acı reallıqdır.

***

Bu arada, əminəm, kimsə, müxalifətçini müdafiə edir, deyə bu yazını əlinə alıb həmişəki kimi harasa yüyürəcək.

Olsun! Bu yazını alan, çox ciddi post tutan şəxsə sənə səslənirəm, öncə əlini VICDANINA qoy! Vicdanın və dövlət sevgin varsa, dövlətimin, millətimin və ədalətin yanında olduğumu mütləq görəcəksən!

Jalə Mütəllimova

29.04.2020