Sovetlər dönəmi uşağı olmuşam. Yaxşı xatırlayıram babam o dövrdə, sovetlər dönəmində, elmi ateizmin tüğyanı zamanı olsa belə, dindar olmağı ilə seçilirdi rayonda. Ərəbi, farsı təmiz bilirdi. Dini təhsili vardı. Bircə an ibadətindən döndüyünü görmədim. Orucunu, namazını, əksik etməzdi. Fitrə-zəkatından qalmazdı. Rayonda babam Imam Hüseynin şəhadət gününü, qətl gününü, imanlı insanların qeyd etməsi üçün bütün şəraiti yaradırdı. Dəfələrlə incidib yoxlamışdı onu “KQB”. Babam nə fasın, nə ərəbin yox, Allahın mömini çıxmışdı o qorxunc yoxlamalardan…

Indi imanlın, imansızın, satqının şərəsfizin bəlli deyil, ya Allah, ya Hüseyn. Üstünüzdə siyasət də qurublar, oyun da, terror təşkilatları da.

Və məhərrəm ayının, qətl günündə, karantin rejimində, xəstəliyin baş alıb getdiyi zamanda, imanı, dini, həqiqi Allah sevərliyi olan adam, küçə-küçə tökülüb etiraz edər, adamları səksədərmi yuxudan. Gerçək iman sahibi bir fəqirinə əl tutar, yetiminə yemək bişirər, imamın quran əta edər, hədik hazırlar, halva çalar, evində oturar, dini mouzələr, lap istərsə mərsiyələr dinlər. Yeddi qonşusuna ehsan dağıdar. Əsla və əsla sürü halında küçəyə çıxıb adam səksəndirməz, dövlətin müvafiq orqanlarını qıcıqlandırmaz. Bu dindən, imandan deyil, insanlıqdan heç deyil!

***

Bakı, jurnalistlər binası. Ölkə bioloji müharibə aparır. Şah Hüseyn, vah Hüseyn ağısına çıxdım evimin balkonuna. Bir topa adam, sinə döyür, zincir vurur, məhlələri dolaşır. Qapalı məscidlərə etiraz edir guya. Düzü mən bu göstərili keçidin məhz jurnalistlərin binası önündə edilməsini də təsadüf bilmirəm.

Polis qarşı çıxsa, dövlət “dindarları” döydü olacaq.

Başqası nəsə desə, bəs hanı tolerant dövlətisiniz, sualı var!?.

…Artıq bu faktdır, IRAN Azərbaycanda işləyir!..

Doğurdan da ümidi Allahadır bu dövlətin, Azərbaycanın. Rusiya, Qərb, Avropa, hələ Iran da işləyir burda, ya Allah, ya Hüseyn, sən ki, bilirsən?!

Jalə Mütəllimova

30.08.2020.