Belarusda avqustun 9-da keçirilən seçkilərdə prezidentliyə namizəd olan Svetlana Tixanovskaya ölkəsinin milli lideri olmağa hazır olduğunu bəyan edib. Bu ölkədə və dünyada birmənalı qarşılanmadı. O, Belarusda vəziyyətin sabitləşməsi, həyatın normal ritminə qayıtması üçün məsuliyyəti üzərinə götürməyə və milli lider qismində çıxış etməyə hazır olduğunu bəyan edib.

S. Tixanovskaya qeyd edir ki, ölkədəki bütün siyasi məhbuslar sərbəst buraxılmalı, həmçinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz qəbul edəcəyi həqiqi, ədalətli və şəffaf seçkilərin təşkili üçün qanunvericilik bazası və şərtlər hazırlanmalıdır. O, hazırda Belarusda yaranmış həyati təhlükəsindən dolayı Litvadadır.
Kimdir S.Tixanovskaya?

Onun Reuters-ə müsahibəsindən kimliyi çox aydın görünür. Xanım Tixanovskaya seçkiyə siyasətə qatılmaq üçün yox, həyat yoldaşına dəstək üçün qatıldığını deyir. Reuters stringerinin də qeyd etdiyi kimi, seçkiyə qədər qohum-qonşudan başqa heç kimin tanımadığı S.Tixanovskaya həyat yoldaşı olmasaydı o bu məsələlərdən çox uzaq adam idi.
“Belarusda mən ailə dəyərlərinə bağlı qadın olduğum üçün vətəndaşlardan dəstək ala bildim” deyə o bildirib.
Xatırladaq ki, onun həyat yoldaşı, Belarusun tanınan blogerlərindən, Aleksandr Tixanovskidir. O, bu ilin mayında həbs edilib. Belarus hakimiyyəti onun rusiyalı muzdlularla əlbir olub, ölkədə qarışıqlıq yaratmaqda günahlandırıb. A.Tixanovski özü isə bu ittihamları rədd edib. Bu rədd etmənin ardınca Rusiyanın müxalifət aktivistləri ilə A.Tixonovskinin çox səmimi və şəxsi münasibətlərdən xəbər verən fotoları sosial şəbəkələrdə tirajlanıb.
Diqqəti çəkən daha maraqlı bir məqam S.Tixonovskaya doğurdan da dediyi kimi, siyasətə qəfil düşən və çıxa bilməyən simadırmı, sualıdır?!.

Özünün dediyinə görə bir məqamda övladları ilə təhdid edildiyi üçün seçkidən çəkilməyi düşünüb. Sonra düşünüb ki, bu ərinin arxasıyca gedən insanlara xəyanət olar, çəkilmək qərarından imtina edib. Uşaqlarımın təhlükəsizliyi təmin etmək üçünsə bütün variantlara əl atdım. O variantlardan biri Pribaltika ölkələrindən birinə, Litvaya üz tutmaq idi. Latbiya o ölkədir ki, Postsovet ölkələrində baş verən siyasi prosesləri yönəldilməsi üçün maliyənin bir qismi məhz bu ölkədən transfer olunur. Bu transfer ölkələri sırasında Azərbaycanın da adı var.
Tixanovskayanın siyasətə təsadüfən gəldiyinə şübhə verən bir detal daha. Çox maraqlıdır. Belarusun milli liderliyinə iddialı xanım Tixanovskaya ixtisasca filoloqdur, ingilis və alman dillərini bilir. O, mərkəzi qərərgahı İrlandiyada olan “Çernobl qəzasından zərəçəkənlərə yardım təşkilatı” da daxil olmaqla, müxtəlif xeyriyyə təşkilatlarında tərcüməçi işləyib.

Xatırladaq ki, İrlandiya həm də Qərbin və Avropanın məqamı gələndə istifadə etmək üçün rezerv siyasətçi yetişdirmə bazasıdır. Və bu siyasətçilərin əksəriyyəti tərcüməçi kimi fəaliyyətdə olur. Rezerv siyasətçi mövcud vəziyyət tənzimlənənə, əsas lideri qorumaq üçün istifadə edilir. Hətta lazım gələrsə “xərclənirlər”.
Reuters-ə müsahibəsində, S.Tixonovskaya haqda daha vacib bir detal diqqət çəkir. Belarusa milli lider olmağa hazırlaşan, yəni görüntüdə Prezidentliyə iddia edən Tixanovskaya, “Belarusda hakimiyyət dəyişikliyindən sonra yenidən tərçüməçi kimi fəaliyyətini davam etdirmək arzusunu gizlətməyib”. O, yenə də xeyriyyə təşkilatlarından birinin tərcüməçisi kimi işləyəcəyini söyləyib. Bu istəyini bəlli etməklə o, çox böyük bir siyasi səhv ediyini yəqin ki, sonradan anlamamış deyil.

Belarus oyununun davamı və ya test üçün Azərbaycanda da altyapı və ya yoxlama prosesi müşahidə edilməkdədir. Bu məsələyə də az sonra toxunacağıq.

***

…Bəlli olduğu kimi keçmiş SSRİ ölkələri ilə bağlı Qərbin və Rusiyanın arasında ciddi mübarizə gedir. Belarusda Lukaşenkonun vəziyyəti tənzimləməyə ürəklə start verməsinə səbəb Rusiya oldu. Məhz Rusiyanın dəstəyindən sonra Lukaşenko Almaniya konsleri, A.Merkelin zənginə cavab verməkdən imtina etdi.
İndi gələk Belarusu müxalifətinin fəaliyyətini, Azərbaycanda sidq ürəklə dəstəkləyənlərə. Ölkə radikalları Rusiya xəttinin tərəfdarı kimi tanınan yrli və məlum siyasi gücün, “müxalifət daha səmimidir” tərifinə yox, Qərbin maraqlarına uyğun davranmaq yolunu tutub.
Belarusda gözlənilməz rezerv namizəd S.Tixanovskaya olduğu kimi, Qərbin rezerv namizədi Azərbaycanda deyəsən Milli Şuranın simalarından, keçmiş YAP və MM-üzvü, Gültəkin Hacıbəyli olacaq. O, “müxalifətin səmimiliyi” tilovuna düşmək niyyətində olmadı, yəni Rusiya tərəfi kimi görünməkdə peşəkarca qaçdı. Tərifin müəlliflərinə bir neçə açıqlama ilə sayğı duruşunda bulundu və susdu.

Niyə?

O qədər də uzaq olmayan keçmişdən hər kəs bilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyində xanım Hacıbəylinin xeyli yaxın dostları var. Hətta onların biri ilə söhbətdə G.Hacıbəylinin müxalifətin mitinqləri ilə bağlı hesabat xarakterli məlumatları KİV-lər üzərindən tirajlanmışdı da. Bu olay ABŞ-Azərbaycan münasibətlərində diplomatik skandala yol açmamış proses tənzimləndi. Ancaq qarşılıqlı razılaşmalardan dolayı, bu skandalın ömrü uzun olmadı. Proses üzdə sakitləşsə də, içdə davam edir. Artıq asta-asta, yarızarafat-yarıciddi, G.Hacəbəyliin milli lider və Prezidentliyə namizəd olmasına haqda ictimai rəy öyrənilir.

Dövlət son dərəcə diqqətli olmalı. Azərbaycan bu dönəmlərdə, nə Qərbin, nə də Rusiyanın Postsovet ölkələri ilə bağlı tələsinə düşməməlidir.

Yeri gəlmişkən, Ermənistana beş yüz tona yaxın silah daşıyan Rusiya, bunun ardınca Moskvaya terror təşkilatı olan PKK-nın rəhbərliyi altında qondarma “Suriya Demokratik Şurası”nın təmsilçilərindən ibarət qrupu dəvət edib. Dəvət olunan heyət çox ciddi görüşlər keçirib və yüksək səviyyədə qarşılanıb.

Bu həm də, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək olan Türkiyə Cümhuriyyətinə mesaj sayılır ki, o, postsovet ölkələri projesində Rusiyaya mane olmasın.

Eyni zamanda bu regional və siyasi nüfuz qovğasında Qərblə, Rusiyaya qoşulan üçüncü tərəfə çevrilməsin. Və ya Azərbaycanın bu oyundan çıxmasına əngəl olmasın.

Çünki Rusiya, müdafiə nazirinin Bakı səfərində, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanı strateji müttəfiq adlandırmamasından son dərəcə narahatdır.

Jalə Mütəllimova

01.09.2020.