Belarusla Azərbaycanın paralelini aparanların istəkləri arzu olaraq qaldı. Rusiyanın Belarusa girişi çox mətləblərə aydınlıq gətirdi.
Rusiya Qafqazda möhkəmlənə bilmir. Buna görə yönünü digər postsovet ölkələrinə çevirmək yeganə çıxış yoludur. Bu nəticəyə onu təkcə Qərbin siyasi kursu deyil, həm də Azərbaycanın tutduğu xətt gətirdi. Rusiya rəsmilərinin israrlı Bakı səfərləri, müxalifət üzərindən Qərbin presinqi, onunla nəticələndi ki, Azərbaycan türk silahlı qüvvələrinin Bakıya gəlişinə, hərbi təlimlərinə razılıq verdi.
Bu böyük tarixin təkrarlanması idi.

Azərbaycanın Rusiya və Qərb savaşında üstünlüyü həm də ondan ibarət idi ki, Qafqaz uğrunda iki dünya nəhənginin apardığı soyuq savaşda, biri, digərinin siyasi kursunun gizlinlərini özünə aid KİV-lər üzərindən tirajladı.

Bu rəsmi Bakının qəti qərar qəbul etməsinə özünün ciddi təsirini göstərdi. Belə ki, Rusiya rəsmilərinin Bakıya israrlı səfərlərində, aparılan söhbətlərdə, Ermənistana daşınan 500 ton silah məsələsinin gündəmdə olduğu dönəmdə, Azərbaycan Prezident Rusiya ilə strateji müttəfiqlikdən deyil, qonşuluq münasibətlərindən danışdı.

Beləliklə, Rusiya possovet ölkələrini tamamən itirməkdənsə məsələn, Belarusu götürməyi ən optimal variant kimi qəbul etdi.

Bundan sonra bəlli ki, Rusiya Dağlıq Qarabağ savaşının yenidən qızışdırılması istiqamətində iş aparacaq. Təbii ki, Ermənistan bu planın tərkib hissəsidir. Qeyd edək ki, bu həm də tarixi savaş olacaq. Azərbaycan təkcə DQ uğrunda deyil, əsirlərdir inkişafının qarşısını alan ciddi bir maneə ilə savaşacaq. Rusiyanın təsirindən tamamən çıxmaq uğrunda. Bu dəfə Türkiyə ilə çiyin-çiyinə Rusiya, hətta Qərbə qarşı. Tanrı türkü qorusun.

Jalə Mütəllimova

14.09.2020