Los-Ancelesdə ermənilər “Asbarez” adlı qəzet buraxır. Qəzetin son saylarında ASALA fəallarından biri Azərbaycana qarşı kütləvi qırğın silahlarından istifadəyə çağırış edib. Stepan Altounyan adlı həmin erməni, bunu, Ermənistan hökuməti qarşısında tələb kimi qoyur. Deyir elə etməlisiz ki, Qarabağda erməni azərbaycanlılar heç Bakıda da siniri sakit olmasın. Iki sualım var.
Birincisi, “kiçik Ermənistan” adlanan bu ABŞ şəhərində bizimkilər neynəyib, diasporalı, səfirlikli?
Ikincisi, bizim efirlər nə zamandan milli təəsüb, əqidə, tarix kimi ciddi işlərin təbliğatını son dərəcə maraqlı, baxımlı formatda etməyə başlayacaqlar?
Yeri gəlmişkən, ölkədə islam fanatları, azyaşlıların da arasına girib artıq Azərbaycanda, dini animasiyalar, kliplər çəkməklə. Üstəlik Azərbaycanda ciddi sənət adamları, efir adamları ilə layihələr edirlər?
***
Əsgərin video paylaşmağına qarşıyam, amma tutulmağına da tərəfdar deyiləm…
Nazirimi özüm tənqid edərəm, amma onun başqa millətdən olan həmkarı qarşısında enməsinə görə özümü alçalmış bilərəm…
Millətimi, dövlətimi, saymayanı, heç daban altı da bilməkdən yana deyiləm…
Əsgərim ən böyük əsgər!
Dövlətim ən uca dövlət!
Ordum ən qüdrətli!
Xalqım hamıdan nəhəng!
Şəhidim hər kəsdən ucada!
Indi mənə maraqlıdır, müdafiə nazirimiz, Zakir paşa, Şayqoya niyə başsağlığı verdi ki? Bəlkə ona görə ki, o bizə cani dildən başsağlığı vermişdi üç minə qədər şəhidə görə?
Bizim efirlər, nə zaman özümüzü sevin təbliğatına başlayacaq?
Məsələn efirdən haçan yığışacaq “Komedi xanım” kateqoriyasından olan mırt verilişləri?
Reklam, pul öldürməsin sizi, yazıqsınız.
Nə zaman milli qeyrət, şərəf, namus, ləyaqət, şəxsiyyət, təəssüb göstərəcəksiniz?!..
Bizə bu hava-su kimi lazımdır. Qarabağ savaşı bitdi. Yəni daha Qarabağ savaşının ideoloji təbliğatı yoxdur ki, o növbəti illər üçün daha bir fədakar nəsil yetişdirə. Ayılın də…
Jalə Mütəllimova
21.12.2020.