Mən “Azadlıq” radiosunda çalışmışam, düz dörd il. Tənqidi mövzularda sonsuz sayda danışmışam, yazmışam.
-Erməni separatçıları.
-Erməni terrorçuları.
-ASALA.
-Xocalı soyqırımı.
-Quba, Şamaxı, Bakıda ermənlərin törətdiyi qırğınlar.
-Işğal altında olan Qarbağ.
-Erməni qəsbkarları.
…və daha otuzdan çox belə ifadə… Bunlar qadağan idi.
Amma yenə də nəyisə, necəsə deməyə cəhd edirdi bəzilərimiz.
Məsələn belə, ermənilərin silahlı nəzarətdə saxladığı Qarabağ…
Sonra o oldu ki, məni atdılar səhər efirinə, xəbər-xülasə bloku hazırlamağa. Ordan keçirdilər xüsusi reportaja. Anlayırdım ki, milli nifrət oyada bilmədikləri üçün bir neçə adam daxil mən də dəstəklənmirdim. Və bilirdim ki, “çp” aranır. Özü də dəstəyimlə rəhbər olan qardaşlara etdirirdilər bunu.
Əlqərəz. Bir neçə xüsusi reportajdan sonra da dedilər korparasiya daha sizinlə müqavilə bağlamır.
Bəs könüllü niyə çıxmırdım işdən?
Bir, yerimə Allah bilir dövlət və millət qədri bilməyən kim qoyulacaqdı.
Iki, iş yeri yox idi ölkədə. Ailə məsuliyyətlərin altında əzilirdik. Elə indi də dəyişən nəsə yoxdur. Bircə fərq var, indi Amerika və amierkalılar əzmir, özümüzünkülər əzir bizi. Etiraf edirəm, bu daha çox ağrıdır. Nə isə…daha vacib deyəcəyim var?
Indi həmin qadağaların müəllifi “Azadlıq” radiosu işğaldan azad olunan ərazilərə azərbaycanlıların qayıtmasının qarşısına çıxır. Mən heç təccüblənmədim. Çünki başqa cür ola bilməzdi . Bir yaşlı adam çıxıb mütləq o efirdə deməli idi ki, “Şuşada heç nə yoxdu. Mən bu yaşda qayıdıb harda yaşayacağam? Infrastruktur yox, şərait bərbad. Lap dözüb qayıtdır, bəs uşaqlarım harada işləyəcək? Yol-iriz yox, hər yer minalanıb”.
Bu nədir, bilirsinizmi. Arqumentləşdirilmiş qara piar. Niyə bu yolu seçiblər? Niyə canlarına əziyyət verirlər? Ona görə ki, natamam siyasi məlumatlı olmasına rəğmən, Azərbaycan ictimai rəyi artıq ayıqdır. Yalançı “canıyananlığı” daha qəbul eləmir. Nə lazımdır? Təbii ki, arqumentləşdirilmiş qara piar.
Bəs bizdə nə baş verir? Milli söyüş mafiyası, qoca və pərəst vəkillər, mayanı hara xərclədiyi bilinməyən diplomatik korpus, QHT sektoru, bir neçə adam xaric, maddım-maddım baxır. Bura ölkə mediasının xeyli hissəsi də daxildir. Dövlət siyasətinin “piar meneceri” AZTV lap baş roldadır. Bu piar işidir, efiedə aşıq ha çaldırmaq deyil…
əlqərəz indi bircə söyənlər danışır. Adamlar durun! Söyüş, arqumentləşdirilmiş qara piarın qarşısında çox zəif silah, cılız mübarizə vasitəsidir.
Azərbaycanın o ərazilərdə görəcəyi və artıq görməyə başladığı işləri yaxşı piarını edə bilmirik. Xırda xəbər yox, ayrıca rubrika, olmalı. Addım-addım görütülənməlidir. Və bu ana xəbər blokuna salınsa belə, ayrıca təbliğ edilməlidir.
On gün köçmək istəyənləri çəkib dayanmaq da lazım deyildi. Anında boşluq yarandı və “Azadlıq” radiosu qara piarla o boşluğa sızdı.
Illərdir dövlətdən “yeyən” deputatları, QHT sektorunu, diplomatik korpusu yatmağa belə, nəfəs almağa belə qoymaq olmaz. TV-lərdə təbliğatdan nəfəs dərilməməlidir. Və bu təbliğata ciddi dövlət nəzarəti olmalıdır. Amerika “Azadlıq” radiosuna nəzarət etdiyi kimi. Ciddi və peşəkar.
Jalə Mütəllimova
26.21.2020