Səksənlərdə məktəbli idim. Ən çox da tarixi sevirdim. Bir rüb onuncu sinifdəki dostlardan birinə verdim kitabımı. Buraxılış imtahanı idi onlarda və aşağı sinifin tarix kitabları Rusiyada çap olunurdu deyə tapılmırdı, sayla gəlirdi ölkəyə tarix dərslikləri.
Nə isə, tarix müəllimim Seyfi Xəlilov peşəsindən və xarakterindən dolayı, hörmətli adamlardan idi. Rayonun katibi də ona söz deyəndə ciddi hazırlanıb, toparlanardı. Atamın rayondakı vəzifə və hörmətinə rəğmən bir neçə xəbərdarlıqdan sonra dərsə yaxşı hazır olmayan məni, çox ağır cəzalandırdı. Bir sillə vurdu.
Hazırlıqsızlığımın səbəbini deməyə məcbur pldum ki, olay evimizə gedib çıxmasın. Müəllim bildi ki, bu ona qarşı sayğısızlıq yox, dosta görə fədakarlıq olub.
***
Onun silləsi hələ də ağlımdadır. Hətta bəzən elə bilirəm qarşımda dayanıb, qadağan elədiyi addımı atsam, yenə bir sillə alacağam. Çünki o sillə çəkiləndən və kitabın niyə itməsi səbəbi aydın olanda, bir cümlə də demişdi Seyfi müəllim. Demişdi ki, ” bala, aşırı fədakarlıqdan, belə sillələrin sayı çox olacaq sənə həyatda. Amma sən bunu indi başa düşmürsən, uşaqsan”.
***
Məktəbi bitirdim. Ali məktəbə yüksək balla daxil olanlar sırasına yazıldı adım. Hətta jurnalist kimi rayonumuzda da tanıdılar.
Hər valideynlərimə baş çəkməyə gedəndə, Seyfi müəllimi də görürdüm. Yaşlanmışdı, Kürün başına, hava almağa gedərdi tez-tez. Rast gələndə, alnımdan öpər və deyərdi ki, “hələ də aşırı fədakarlığından niyaranam”.
Bəlkə kimsə düşünər ki, nə əlaqəsi bu olayın indiki gündəmlə?
Deyim, biləsiniz. Bir məktəb direktorunun doğum günü partisinə diqqət edirəm neçə gündür. Mövzu ətrafında çıxışları dinləyirəm. Və düşündüm ki, düşündüyümü yazım.
Cənablar, orta məktəbdə müəllimimdən aldığım bir sillə həyat dərsim oldu. Hələ də aşırı edə biləcəyim hər şeydən çəkinirəm. Normanı gözləyirəm. Hətta artıq yazmamağa çalışıram.
Seyfi müəllim dünyasını dəyişib. Mənsə qırx beşin astanasındayam. Amma o dərs unudulmur, yol yoldaşıdır. Yəni, müəllimlik bu qədər uca və nəhəng peşədir. Hətta bu gün dövlət idarə edənlıri də müəllim yetişdirib.
Indi sizə bircə sualım var. Bu ali vəzifəni daşıyanların nə işi var axı seçki məsələlərinin tən ortasında. Seçkidə pedaqoq istismarının, peşə və kadrları gözdən salmağın sabiq Ramiz Ənvəroviç mexanizmi olduğunu doğurdanmı bilmirsiniz?
Onda yaxın oturun sizə bir epizod da danışım.
Ölkədə uzun müddət təhsilin icra aparatının nəzarətindən çıxması üçün iş aparılıb. Daha doğrusu ölkədə bu prosesin “xaç atası”, yaradıcısı olan Ramiz Ənvəroviçdən təhsili xilas etmək üçün ciddi mübarizə gedib. Hələ postunda olanda bu məsləni yazan iki-üç müəllifdən biri kimi deyirəm, o, ölkədə təhsil sisteminin tamamən çökməsində və ya inhisarda qalmasında ciddi maraqlı idi. Təhsilini məhv et, xalqı idarə elə prinsipini, hərfi-hərfinə icra edirdi. Xüsusən rayon təhsil şöbələri icra orqanlarının nəzarətində qalsın deyə min oyun qururdu. Hətta bir-neçə nüfuzlu şəxs də hərdən zəng vurdu ki, təhsildən, filan mövzuları yazma, başın ağrıyacaq. Ələlxüsus, Təfəkkür Universiteti ilə bağlı məsələdən. Düzü yazdım. Təhsil Nazirliyi də Təfəkkürü məhkəmə yolu ilə ləğv etdirdi. Amma uzun bir dönəmdə məktəbi, müəllimi seçki keçirmək alətinə çevirən kəslər sistemdə ciddi problemlər də yarada bildi. Bunu danmaq olmaz. Indi də onun əziyyətini çəkirik. Və bu sistemdə onlarla, yüzlərlə yaxşı kadr, bir ovuc yamanın badına gedir. Bütöv bir sistemi, ələlxüsus müəllimi söymək, ələ salmaq, təhqir eləmək olmaz. Bir də ayılacaqsınız ki, həyat dərslərindən mənfi iki alırsınız…
Jalə Mütəllimova
27.12.2020.
На изображении может находиться: Jalə Mütəllimova-Seyidli, очки для зрения
Parviz Hashimli, Ульвия Гусейнова и ещё 38
Комментарии: 2
Поделились: 1
Нравится

Комментировать
Поделиться