Kimsə çoxdan danışmayan, həmişə harasa pərəstliyi ilə tanınan “ölü” siyasi canları dirildir. O canlar ki, illərdir Azərbaycanda susmuşdular. Çünki Qarabağ işğalda, Rusiya Cənubi Qafqazda və dünyada rahatda idi.
Indi vəziyyət dəyişib. Rusiya narahatdır. Azərbaycan hələ də çalışır ki, dost münasibət davam etsin. Hegemon razı deyil. Hətta yerli TV-lərə belə sızıblar artıq.
Bəzi tv və sosial mediada, ölkə parlamentində belə insanlara sovetlər dönəmini xatırladırlar. Yox Lenin, Lenin yolunda oxumurlar, Putin,Putin dalında…. gizlən deyirlər xalqa.
…Təyyarə biletləri ucuz idi. Ac, işsiz deyildi adamlar. Qaz, su, işıq pulu simvolik idi. Sıravi vətəndaşın teleqramına mərkəzdən anında reaksiyalar gəlirdi. Indi baxın görün kəndlərdə nə gündə yaşayır adamlar ehtiyacdan?..
Bu bir yandan doğru xatırlatmadır. Bu həm də arqumentli əks təbliğatdır Azərbaycan üçün. Qarşısına arqument və faktla çıxmaqdan başqa da yol yoxdur.
Narahatlıq doğuran tərəfi orasıdır ki, əvvəla hələlik çıxılmır və ya zəif çıxılır. Ikincisi, məsələ, Azərbaycan dövləti qarşısında tələb kimi qoyulmur. Demək istəyirlər ki, Rusiyasız olmaz. Bu rus gəlsin tələbidir. Hələ üstəlik deyilir ki, Rusiya bu gün məmləkəti Azərbaycanın yeganə xilas yoludur.
Indi gələk bundan da təhlükəli məqama. Son bir neçə ayda müşahidə edilən bu ki, Azərbaycana bütün kənar siyasi hücumların mayasında sosial problemlər dayanır. Ona görə sovetlər dönəminin “yaxşı günlərini” insanlara xatırladanlar peyda olub. Onlar tarixi soyqırımları, işğal və faciələri, həmçinin onların təşkilatçı və içraçısını unudurlar. Bir də onu unudurlar ki, Azərbaycanın sərvətini daşıyıb, qarşılığında zərrə qədərlik güzaran yaradıblar. Əslində indi də insanlara elə o zərrə lazım. Sadəcə bunu edən yerli məmur korrupsiyaya bulaşmış və oğru olmamalıdır. Bacarırlarmı? Yox!
Ona görə insanlara təbliğ edilir ki, əsas qarındır. Başdan aşağıda, qurşaqdan yuxarıda, tən ortada dayanan, qarın. O qarın ki, ac qalanda adamı düşmən qapısına da dartır. O qarın ki, boş qalanda adamın yadına heç nə düşmür, nə dövlət, nə xalq, nə ailə-uşaq.
Bu pisdir, çox pis. Bu həm də o deməkdir ki, Azərbaycanın ən qorxulu problemi başına buyuruq məmurlar və sosial problemlərdir. Bir də Azərbaycan dövlətinin ali rəhbərliyinə verilən saysız yalnış hesabatlar. Bu hesabatların biri, beşi, lap minini nəzarətdə saxlamaq, yoxlamaq olar indiki şəraitdə. Ancaq hamısına yetmək olmaz, mümkün deyil.
Çıxış yolu odur ki, milli kadrlar dövlət qulluğu daxil, bütün sektorlarda qabağa çəkilməlidir. Sosial problemlər son dərəcə sürətlə həllini tapmalıdır. Həbslər, yeni təyinatlar davamlı olmalıdır. Buna paralel, vətəndaş yetişdirilməli, vətəndaş cəmiyyəti qurulmalıdır. Milli təəssüb, qeyrət, şərəf işi təbliğ edilməlidir. Azərbaycanın çıxdığı bu yolda dayanmaq olmaz. Bütün dönülə biləcək yollar, gizlinlər və döngələr ölkəni ancaq problemə, məğlubiyyətə aparar. Qoymayın, Azərbaycan sosialdan “vurulsun”. Qoymayın kimlərsə ölkəni yenə işğal etsin. Biz hələ təzə azad olmuşuq, otuz il müstəqil olsaq da. Müstəüillik və azadlıq sözünün mənalatını infi yaşamışıq. Bunu itirmək tamamən məhv olmaq kimi bir şeydir. Sosial düzəldin. Yaşasın, əsirlər boyu var olsun nəhəg Azərbaycan!..
Jalə Mütəllimova
27.12.2020.