Bizim dövlət başçımızın, Ali Baş Komandanımızın, Prezidentimizin mütləq bir dərviş Abdalı olmalı. Ona bu ölkənin alt qatındakıları real çatdıran birini nəzərdə tuturam.

O “dərviş adam” və ya adamlar, o qrup yoxdur. Ona görə nəticə bu günkidir. Nə qədər ki, bütün sahələrdə yaxşıları, vətənpərvərləri, dövlətçi, millətçi olanları, istedadlıları ev-ev axtarmayacaqlar istifafə etməyəcəklər. Qohumluq əlaqələri sindromu qırılmayacaq, icazə verin deyim ki, biz elə belə də yaşayacağıq bu sevgili VƏTƏNDƏ. Natamam, sürünə-sürünə və əziyyətlə.