Polis dövlətin onurğa sütunlarından biridir. Ona qarşı edilən bütün hücumların mahiyyətində təbii ki, həm də Azərbaycan dövlətçiliyinə zərbə vurmaq dayanır. Yəni polis də insandır. O söyüldükcə, ailəsi, sevdikləri təhqir olunduqca, o da bezə, nifrət edə, nəhayət ki, çəkilə bilir. Bu adi insani psixoloji durumdur. Nə yazıq ki, zamanla bu sistemə də müxtəlif çevrələrin adamları. Geyindiyi formanın mahiyyətini anlamayn. Harada çalışdığının fərqində olmayan şəxslər işə qəbu olunub. İndi bütün sahələrdə olduğu kimi polis sıralarında təmizləmə işləri aparılır. Son dərəcə ağır, gərgin və təhlükəli prosesdir. Çünki yeni təyinat alacaqlar arasında da ziyan verə biləcəklərin olması istisna deyil. Yəni hətta min ölçüb, bir biçilənlər sırasından da yarıtmaz olan kadrlar çıxır.

Zamanla buna dəfələrlə şahid olmuşuq. Hələ olacayıq da. Bütün bunları niyə yazdım. Ona görə ki, DİN-in rütbəli əməkdaşlarından biri qadın gözəllik salonuna daxil olaraq, qadın saç ustasının maskadan istifadə etdiyi halda maskasız olmasını dilə gətirib və qadının etirazına qarşı ona əl qaldırıb. Bu insan olaraq tərbiyəsizlikdir, peşəkar olaraq vəzifəsindən sui istifadə etmək. Əslində bəlli olan bu ki, adam heç peşəkar da deyilmiş. Niyə? Ona görə ki, hərəkətlərinin kamera qeydiyyatına alındığının fərqinə varmayıb. Əslində peşəkar olan polis, bunu həmən görməli idi.

İndi sosial şəbəkələrdə ildırım surəti ilə yayılan bu videoyazı polisi də, dövləti də üzüqara etdi. Həm vətəndşa qarşısında, həm də ictimai rəydə. Yəni polisin qadına vurduğu sillə əslində bütöv bir sistemə və dövlətə dəydi.

Şəxsimə gəlincə, polisə ən ağır anlarında dəstək oldum. DIN rəhbərliyinin ailəsi, qız balası, xanımı biədəb təhqir olunanda, qələmimlə, yazımla, bu hallara qarşı çıxdım. Amma bu gün polis, müxtəlif xırda biznesi olan iş adamlarını incidir. Guya karantin qaydalarına görə. Necə, nə cür, niyə özləri yaxşı bilir?! Şəxsən mən sizin xanımları, qız balalarınızı ona görə müdafiə eləmədim ki, dünya aydına çıxanda, sizin də quyruğunuz qapı arasından qurtulanda, gəlib mənə şapalaq vurasınız. Mənə deyəndə, salonda polisin vurduğu o qadın elə mənəm, fərq eləməz.

Kimsə Vilayət Eyvazova desin ki, polis Ramil Usubov dönəminə qayıdır. Polis vətəndaşla münasibətdə eybəcər yanaşmaya yol verir. Polis öz adından sui istifadələrə başlayıb yenə. Indi qələmimizi əlimizə alıb, biz də polisləmi başlayaq, anlamadım?

Jalə Mütəllimovaq

16.02.2021.