İki məhkəmə prosesi haqda yazı yazmışam, Əfqan Sadıxov və Polad Aslanovun məhkəmələri.
Demişəm, bu adamların arvadları deyir ərimiz günahsızdır, siyasi məhbusdur.
Demişəm, açın istintaq sənədlərini, DTX, RP, DİN. Jurnalistlərin və hətta ölkədə qanunsuz fəaliyyət göstərən, müxbirlər saxlayan anti-Azərbaycan mövqeli, mərkəzi ofisləri xarici ölkələrdə olan KİV-ləri də çağırın. Dövlətin ətək-ətək pul verdiyi yerli KİV-ləri də. Gəlib sənədi araşdırsınlar, görək bunlar dövlət ittihamçılarının dediyi kimi cinayətkardır, ya arvadları bağırdığı qədər günahsız?
Demişəm, açın məhkəmə zallarını, dəvət edin ora ölkənin bütün media quruluşlarını, zəhmət çəkib xüsusilə bu iki məhkəməni işıqlandırsınlar…
Demişəm, bu adamlar ictimai fəal olub, bloq fəaliyyəti göstərib, onların jurnalistikaya yaxından-uzaqdan dəxli yoxdur…
…Əlqərəz… Bu arvadlar məhkəmə, türmə qapılarında indi ərlərindən çox məndən danışır deyilənə görə. Niyə?Artıq indi düşünürəm ki, məqsəd siyasi mühacir statusu almaqdır. Adları Yunusların siyahısına da düşüb yəqin. Yəqin sığınacaq alsalar, o ər yazığı da içəridə qoyub gedəcəklər. Sonra da cəzasını çəkən ər azadlığa çıxıb dallarıyca gedəcək. Düzü mən də elə bilirdim sizə kömək olmuşam ay arvadlar. Sən demə arı yuvasına çöp salmışam. Başlayıblar Əli Həsənovdan…
Bütün ağlı darlara deyirəm, onu o posta mən təyin eləməmişəm. O mediadakı hər kəs haqda Prezidentdə rəy formalaşdıran yeganə körpü idi. Məndən də zəhləsi gedib. Sona yaxın bir salam olub arada, vəssalam. Ancaq onunla adam kimi sağollaşan, haqqında ifadə verməyən tək adam da bəlkə elə mən olmuşam.
Evimə gəlincə. Mən Azərbaycanda az sayda jurnalistlərdənəm ki, otuz ilə yaxın media fəaliyyətindən və ağır kirayə həyatından sonra, Prezidentə, birinci xanıma rəsmi müraciət əsasında mənzillə təmin olunmuşam. Biləsiniz ay dar və kal qafalar, mənə ev sevgidən, sayğıdan dolayı verilməyib, KİVDF mənim sənədlərimi ümumiyyətlə qəbul etmirdi. Çünki son üç ildə stabil iş yerim yox idi. Hətta ev almayım deyə məni işdən çıxartdırdılar. Həm də ölkədə son dərəcə ağır durum olduğu vaxtda, devalivasiya dönəmində. O dönəm nələrdən keçmişəm ailəm, özüm, Allah, bir də yanımda olan iki-üç dost bilir.
Odur ki, biri o arvadlara başa salsın, mən, dəmşalaq media adamlarından, bambılı oyunbazalrdan, onlaedan deyiləm yəni. Onlara istiqamət verən vətən xainlərinin oyununa gəlməsinlər. Ərinə doğurdan da azadlıq tələb edən, ərini gerçəkdən sevən, hətta günahı osa belə onunla çiyin-çiyinə durmaqdan çəkinməyən qadın, birinci, soyuq başla o istintaq sənədlərini əlinə alar, ciddi-ciddi araşdırar və düşünər ki, ona necə kömək olsun. Daha səsini başına atmaz. Belə situasiyalarda səsin qalxırsa ya haqsızsan, ya cahil, ya da abırsız.
Əfqan və Poladla bağlı yazıya gəlincə, əminəm yazını heç oxumayıblar. Sadəcə istiqamət belə verilib, belə məlumatlandırılıblar. Kimsə onlara deyib ki, qışqırın o jurnalistin də da adını. Oxunan yazının müəllifinin soy adını da bilmirdilər yazıqlar. Sağ olsunlar, söydürməyiblər, bunu sezdim və reaksiyanı da verirəm. Demək ki, həyat tərzimə bələddirlər. Sadəcə adımı qışqırırlar, başqa nəsə tapa bilmirlər, çünki yoxdur. Odur ki, məətəl qalırlar, nə dövlət-dövlət deyir axı bu?!. Onu da deyim biləsiniz. Gerçək dövlətçilərin heç nəyi olmaz. Ailədən, dövlətdən və zillətlə qazanılan xırda maaşdan başqa. Bu o qədər əzablı seçim ki, səni ancaq şərəflə yaşaman ovudar. O da çıxmazların əlacı olmaz…
Dövlət mənim əcdadım, vətənim, övladımın gələcəyidir. Millətsənsə, şəhidin, savaşların varsa demək, dövlətin olmalıdır. Dövlətsiz, vətənsiz adamın şəxsiyyəti, mənliyi olmaz, onu insan sayan, yolunu saxlayan heç olmaz. Odur ki, bütün sıxıntılara rəğmən dövlət mənim üçün ailə qədər önəmlidir. Düşünürəm insan olan, qadın və ana olan hər kəs üçün belə olmalıdır. Əgər ki, məqsədin və amalın dövlət deyil, onda sən dabanını yerə çırpıb hamıya ölüm diləyəcəksən, elə dövlətin özünə də… Bu artıq siyasi və kənar müdaxiləli hikkədir. Bu artıq beynini kənar istifadəyə verməkdir. Çox söz demirəm belələrinə, bir onu deyirəm ki, sizlərə yazıqlar olsun.
Ən sonda, bunu özümü ifadə üçün deyirəm. Mən, sabiq spiker İsa Qəmbərin əlindən Elçibəy, Prezident İlham Əliyevin imzası ilə mənzil mükafatı almışam. Bu faktın özü göstərir ki, peşəkar jurnalistika ilə məşğulam. Bu son dərəcə əzablı işdir. Yaşamayan qanmaz.
Düzü hələ arzularım da var. Heydər Əliyev və Məmməd Əmin mükafatları da gözləyirəm peşəkar fəaliyyətim dönəmində. Qaldı siz arvadlarla tanışlığa, bəli, siz məni tanımazsınız. Çünki bütün parametrlərə görə fərqliyik.
Bu arada, artıq tarixə qovuşan üç mənəvi lideri önəmsəyirəm. Məmməd Əmini, Əbülfəz Elçibəyi və Heydər Əliyevi. Biri yüz yaşlı Azərbaycanın bünövrəsini qoyan, ikincisi onu təkrar qaytaran, üçüncüsü onun təməlini əbədi möhkəmlədən!
Indi sizi gözləyirəm, özünüzü bir də anladın mənə, bizə, amma bağıraraq yox, insan kimi, üsülu, ədəbi ilə, sakitcə. Unutmayın bağırmaq haq sızsan deməkdir…
Jalə Mütəllimova
01.03. 2021