Bizim qızıl ortamız varmı?!..
Sizə iki mənzərə təqdim edirəm… İkisinidə də “baş rolda” Azərbaycan qadınıdır. Birini qapqara çadraya bürüyüblər, hansı ki, islamı gözdən salmaq üçün ingilislərdən gəlmə metod sayılır. Tarixən monastır qadınlarının geyimidir. Bəllidir ki, islamda qadın örtük geyimlərinin rəngi boz və bəyaz olub.
İkincisində ailəsindən qaçan, natamam, sevgisiz, problemli ailələrdə böyüşüm bir topa qadının, “feminizm” hərəkatı təsis etməsi. Və təxminən belə bir şüar: Vagina mənimdir, kimə istəsəm… Nə isə siz gerisini anlamışsınız deyə yazmağa lüzum görmədim… Bu İŞID-ın cinsi azlıqları edam səhnələrini kütləvi tirajlamasından sonra LGBT-nin sürətlə siyasətə sürətli giriş etməsinin davamı epizodudur. Onlar məhz sadalanan standartla ailələrdən qadınlar və gənclər seçir. Gələk ona ki….
Ikisi də ifratdır…
Ikisi də zərərlidir…
İkisi də alt məqsədlidir…
Ikisi də fanatizmə söykənir…
Ikisi də maliyyə qarşılığında edilir…
Ikisi də dövlətçiliyə zərərlidir…
Ikisi də beyin “yuyur”…
Ikisi də bir mərkəzdən idarə olunur…
Ikisi də dağıdıcıdır…
Ikisi də milli dəyərlər sistemini məhv edir…
Məqsəd odur ki, dünyada inkişaf etmiş müsəlman, xüsusən də müsəlman-türk dövləti olmasın.
Odur ki, məsələn, bir müsəlman-türk ölkəsində, Azərbaycanda dini fanatizmi gücləndirirlər. Bu alınmayanda, yəni lazımi effekt verməyəndə, feminizmi aktivləşdirirlər. Nə o, nə bu alınmayanda, qadın intiharlarına, qadın ölümlərinə “etirazlar” başlayır. Bu da kütləvi deyil, şişirdilmişdir.
Şüarlarında ölkədə gerçək qadın problemlərinin bircəciyinə toxunulmur. Məsələn, erkən nigahlara…
Bəs bizim qızıl ortamız varmı? Varsa nədir?
Milli ruhu tapmaq, diriltmək, inkişaf etdirmək, əhalini sürətlə maarifləndirmək. Vahid ideoloji xətti qurmaq, gənclərin asudə vaxtının düzgün təşkili işini dövlət səviyyəsində qurmaq ki, övladlarımız siyasi məqsədli, qrant “proyektlərinin” toruna düşməsin. Üstəlik ölkədə real vəziyyəti əks etdirən ciddi araşdırmalar apılmalıdır. Bu işlə məşğul olanların kimliyi və haqladında baza məlumatlar hazırlanmalıdır. Maliyyə mənbələri müəyyən edilməlidir. Hətta maliyyə mənbələrinin aid olduğu ölkələrin Azərbaycanla münasibətlərinə diqqət yetirilməlidir. Ölkədə QHT sektorunu prosesə qoşmaq lazımdır. Efirlərdə maarifləndirici verilişlər hazırlanmalıdır. Hətta qadın problemlərindən bəhs edən ödənişli layihələr həyata keçirilməlidir. Sosial şəbəkələrdə qadın problemləri və onlardan çıxış yollarının müzakirəsi əks olunan verilişlərin qısa epizodlarının təbliği işi təşkil olunmalıdır. Ölkənin aidiyyatı hüquq mühafizə və təhlükəsizlik orqanları bu işə cəlb olunmalıdır. Çünki indən belə atılacaq addım və araşdırmalar tək bir adamın görəcəyi iş deyil. Dövlət əli-qolu bağlı oturduqca intim tələbdən başlayanlar, siyasi tələblərə keçdilər. İndi artıq Istanbul konvensiyasını qəbul etmək tələbi səsləndirirlər Azərbaycan dövləti qarşısında. Və diqqət edilsə, ölkədə radikal güc deyilənlər belə onları himayə və müdafiəyə qalxmır. Hətta çox sevdikləri insan haqlarının tapdalanması məsələsi kimi də qabartmırlar məsələni. Demək ki, bu Azərbaycana qarşı yeni hücum formatı və yeni bir xətdir. Fərqli himayədarları var içəridə və xaricdə. Bu isə artıq ciddi və təhlükəli məsələdir.
08.03.2021.
J. Mütəllimova.
Fatimə Hacıbəyli, Famil Ceferli и ещё 50
Комментарии: 65
Поделились: 1
Нравится

Комментировать
Поделиться