Bəzən belə olur, hər şeyi  bilə-bilə intellektdən dibə endirirlər. Yəni daha normal dura-dura, daha anormala, qeyri-müəyyənə  sarılırlar.  El dilində təxminən belə ifadə olunur bu durum: İşinə xatir, erməniyə “dayı “ demək.  Siyasi dildə dəifadəsi var  əl dəyişmək. Yəni yeni mərhələdə, yeni başlanğıclarda yeni müəmmalı rəhbər və yeni müəmmalı tapşırıqlarla işləməyə start vermək. Bu yolda sənlə razılaşmayan varsa,  ya yolunun üzərindən çəkirsən, ya da şantaj edirsən: “Səni batıracağıq!”  Mümkünsüz variant deyil.  Çünki necə deyərlər bir-birinin cik-bikini bilən adamlardırlar.

Yəqin anladınız, sizə radikalların “Osmanqızı TV”-dən, “Azad söz”ə  enmənin bəzi detallarını danışacağam.

Düzünə qalsa indiki halda başqa yolları da yox idi. Hakimiyyətdəki “krışa” gedib. Onun  hakim YAP-da da “vurulacağını” bilirdilər əvvəldən. Hətta indən belə baş verəcəklərdən də xəbərdardılar yəqin. Bu sitausiyada onlara “Osmanqızı TV”  yox, “Azad söz” tribunası lazım.

Bunu da elə burada qeyd edim tarix üçün qalsın,  “Azad söz”ə də eynisi ediləcək. Amma onu dəqiq batıracaqlar.  Turalın Sevincdən ciddi şəkildə  savad, dünyagörüşü, peşəkarlıq fərqi var . Düzünə və ədalətlisinə qalsa Sevincin efiri daha səviyyəli və peşəkar idi, aparıcı faktoruna görə. İkincidə, “Azad söz”də bu üstünlük yoxdur. Ancaq birincidə olan aqresiya, ikinciyə transfer olunub. Turalın efiri nifrət doludur, “Osmanqızı-TV” isə artıq rəngarəng olub.

Bu arada qeyd etməkdə fayda var. Siyasi proseslərə cəlb edilənlər arasında ciddi nəsil dəyişikliyi işi aparırlar. NEXSTA Teleqram xəbərlərində Navalnıy olaylarından dolayı Rusiyadakı aksiyalarda, Belarusda baş verənlərdə, hətta Türkiyə universitetlərində başladılmasına cəhd edilən  tələbə hərəkatında yaş kontingenti gəncləşdirilir. İş maksimum iyirmi beş yaşa qədər olan gənclər arasında aparılır. Onların mövcud təhsil, sosial, iqtisadi problemlərinin dövlətdən asılılığını təbliğ edirlər. Diqqət edin, siyasi hakimiyyət, onun korrupsiya və rüşvətə bulaşmış məmurları yox, məhz dövlət.  Üstəlik ölkələrdə intiharların yaşının gəncləşməsi məsələsi təbliğatın əsas elementlərindən biri kimi ayrıca təqdim olunur ki, çox qorxulu bu ayrıca müzakirə ediləcək məsələdir.

Qayıdaq “Osmanqızı TV”dən enməyə…

Bir neçə dəfə  haqqında yazdığım tənqid dolu  yazılarda ona məhz bunu anlatmağa çalışdım. Onu lazım olmadığı anda beləcə hədələyib, uzaqlaşacaqlar. Həmin düşərgəni tanıyan biri kimi bunu deməyi  özümə mənəvi borc bilirdim. Oradan kimlər qaçmadı ki…

Gələk ona ki, indi necə davranırlar? Baş verənlər yepyeni bir plandır. İstisna deyil, ya siyasi idarəçilikdən uzaqlaşdırılanlarla, ya da gedəcəyi istisna olunmayanlarla ittifaqdır bu. Məqsəd ciddi prosesləri ləngitmək və hətta baş verməməsinə nail olmaqdır.  Bu yeni beşinci kalon formatı da ola bilər.

Bəs kimdir o əl? Ölkədə Dağlıq Qarabağ məsələsinin masada olduğu zamanda, təhlükəli islahat dalğasının, infomasiya savaşının getdiyi  məqamda dövlətdən,  xalqdan nə istəyir? Burada və xaricdə kimlərlə əlbirdir? Hansı qonşu ilə ittifaq qurub? Niyə daha intellektli media siması yox,  daha az intelektli və aqressiv xarici KİV resursunu seçib?  Niyə digərini “batırmaqla” hədələyir? Özü hər yeri batırdığını görmürmü? Münasibətləri gərginləşdirmək üçün şəhid, qazi, itkin, ordu, sosial problemlər daha nə qədər əldə alət kimi fırladılacaq? Niyə imkan vermir ölkə KİV-ləri bu mövzuların xarici güclərə işləyənlərin əlindən almağa çalışmır? Niyə Qarabağ məsələsi tamamən həllini tapmasın, hətta Azərbaycan yenidən ərazi itkisinə məruz qalsın?! Niyə siyasi rəhbərlik gözdən  düşsün, ölkədə qarşıqlıq olsun, diqqət hədəfdən yayınsın,  aktuallığını itirmək üzrə olan siyasi məhbus məsələsi gündəmdə qalsın?

Ümidvar olaq ki, Azərbaycan Prezidentinin Zəngəzura, Xocalıya baryaq  sancacağı günə qədər biz, ictimai rəy və xalq olaraq bu sual qüvvədən düşürüləcək.  Və bəlkə o gün elə sabahdır, kim bilir axı?!..

Jalə Mütəllimova

11.03.2021