Kateqoriyalar

Müəllif: Jalə Mütəllimova

KÖŞƏ

Sözünü müğənni deyən media və ya telefon jurnalistikası…

İndi dövr və zəmanə elədir ki, hər şey ovcumuzun içindədir. Alış-veriş, kitab, tv, radio. Hətta özün belə istənilən an sosial şəbəkə üzərindən canlı efir açdınmı, informasiya daşıyıcısı, ötürüsücüsüsən… Bu bir mənada yaxşıdır. Yəni informasiya bolluğu yaradır. İnsanlar özlərinə sərfəli və lazımlı olan bütün məlumatları a-dan,…

KÖŞƏ

Maksa şou…

Nazirlər Kabineti yanında Operativ Qərərgah bir neçə gün öncə rəsmi məlumat yayıb bildirdi ki, qısa müddətdə, ölkədə, tibbi maska-ağızlıq istehsalına başalanacaq. Qeyd edilirdi ki, gün ərzində iki yüz min maska istehsal olunacaq. Buna qədərsə ölkəyə beş yüz min maska gətiriləcəyi bildirilmişdi. Üstəgəl depolarda eyniadlı məhsul…

KÖŞƏ

Mədə-niyyətlilər…

İllərdir yazırıq, deyirik, həm də qorxa-qorxa. Sevdiklərindən nigaran qalır adam. Çünki onlar çoxdur. Vətən, millət, dövlət, lider anlayışından da uzaqdırlar. Özlərinə yaxşı ad da qoyublar, dövlət tərbiyəsi görmüş məmur. Yaxşı bəs hanı o tərbiyə?! Dövlət tərbiyəsində sizə oğurlamaq, vurub yıxmaq, məhv eləmək, talamaq dərsimi keçilir?…

BLOQUM, KÖŞƏ

Mediada islahat

İllərin media təcrübəsinə sığınıb bir rica eləmək istəyirəm dövlətimdən və onun aidiyyatı qurumlarından, yetkililərindən. Medianı bərbad edənlərin əlindən alıb, gerçək media adamlarının istəyinə uyğun islahatlar reallaşdırın. Medianı təmənnalı, milli, dövlət dəyərlərindən uzaq düşmüş, satılmış, firqə, təriqət, küçə mediası olmaqdan qoruyun, qoruyaq. Haqqı olmayanların mühim post…

KÖŞƏ, SEÇİLMİŞ

Milli Şuradan qopmalar: Eldəniz Vəliyevin gedişi, Cəmil Həsənlinin “xərclənməsi” ilə davam edir…

Milli Şuranın ilk yaradıcılarından Eldəniz Quliyev təşkilatdan istefa verdi. Buna qədər də gedişlər olmuşdu. O üzdən Milli Şura öz növbəsində, boşluqları doldurmağa çalışır. Hələlik alınmır. Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov cəzasını çəkib azadlığa çıxdığı gündən,  ona atılan “qarmaqlar” tutmadı və sair… Hələ MŞ-nın onlayn…

KÖŞƏ

Milli təəssüb qıtlığımız…

Sosial şəbəkələrdə, ümumiyyətlə şəhid adından, qazi adından sui istifadələrdə, yerli yersiz səsqaldırmalarda sizi bilmirəm. Mənim ruhum ağrayır. Çünki o oğullar biz onları urvatsız edək deyə yox. Biz olaq, dövlət yaşasın, var olsun deyə həyatlarından keçdilər. Onların ailələrinin məişət problemləri lap burnunuzun dibinə gəlsə belə, lütfən…

KÖŞƏ

Milli Şuranın Gültəkinindən xalqa mesaj: Hoppanın o tərəfə…

“Milli Şura”serialının ikinci hissəsi təxminən bu fikirlərlə başlayır: Nemət Pənahlı ağılda olan adamlar… …Düzü Neməti ağlım kəsəndən qəbul etməmişəm. Amma onun milli azadlıq hərəkatı dönəmindəki fəallığını, həbslərin tən ortasında olmasını da ədalət, vicdan və haqq naminə unutmuram. İndi gör iş nə yerə qalıb ki, Neməti…

KÖŞƏ

Məmur “uçurumu”, Azərbaycan dövləti və Nərmin…

On yaşlı Nərmin günlərdir evindən yoxa çıxmışdı. Onu  ailəsi xaric kimsə ciddi-ciddi axtarmırdı. Uzaq başı axtarıldığına dair fon yaradılırdı. Efir fəaliyyətinin dayandırılmasını şiddətlə arzuladığım bir verilişdə məsələ ictimailəşdi. Daha sonra qızcığazın yarısı yanmış meyiti tapıldı, evələrinə yaxın ərazidə. Məsələni Cənab Prezidenti İlham Əliyev nəzarətə götürdü….

KÖŞƏ

Niquşizm…

Günlərdir ölkə mediası, sözün həqiqi mənasında bar-bar bağırır. Filan gün, filan saatdan yollar bağlanacaq, qeydiyyatı olmayanlar Abşeron, Bakı, Sumqayıta buraxılmayacaq. Karantindir, xüsusi rejimdir, vəziyyət ciddidir. Rayonlardan şəhərə çıxmayın, gəlməyin, buraxılmayacaqsınız. Şəhərdə, xəstəxanada xəstəniz varsa, narahat olmayın, ciddi nəzarətdə olacaq, siz də telefonla əlaqə saxlayın. İstisna,…

BLOQUM, KÖŞƏ

Nurlanla Əsliyə oxşayan media…

…və ya başsız qalmış Azərbaycan mətbuatı haqda… …Deyir, hərənin dərdi özünə “dəvədir”. Bu atalar məsəlini o üzdən yada saldım ki, peşəmin, daha dəqiqi medianın bu günü və gələcəyindən narahatam.  Həsən bəyi, Mirzə Cəlili yox, daha müasir dövrü deyirəm, məsələn, Nəcəf Nəcəfov, Ağamalı Sadiq Əfəndi prinsipləri,…