Həsənov, məni eşidirsinizmi?!
…Mən sizin milli media “genosidinizin” ən faciəli qurbanlarındanam. Əli Həsənov, Əli müəllim, öncəliklə, sizə adınızı müxtəlif cür yazıb, ələ salanlardan fərqli olaraq, mən ailəmdən aldığım tərbiyədən dolayı müəllim deyə müraciətdə bulunuram. Allah şahiddir sizə nə qədər yazmışam, sizlə nə qədər vicdanla sağollaşmışam. Sizi son dərəcə…
Yeni agentlikdən umduqlarım…
Jurnaliatika iyirmi ildən çox bir zaman kəsiyində, bilərəkdən, elə viran hala salınıb ki, onunla müharibə aparmaq olmadı, bu dəqiqdir. Indi də baxıram ki, ancaq pul və rəqəmlər hesablanır, araşdırılır, yenə də yaradıcılıq gələcək arxa plandadır. Əslində bu, doğru olmayan məsələdir. Niyə? 44 günlük vətən müharibəsində,…
Sosial mediada şəhid və qazi narazılıqları, dövlətə qarşı…
Sosial media qarşısıalınmaz informativ gücdür. Bəzən ciddi təhlükə mənbəyi, bəzən intellektlərin savaş meydanıdır. Bəzən fake xəbərin sürətli tirajlanmasına, ədalətli-ədalətsiz, bütün kateqoriyadan insanların linç olunmasına, bəzən də təriflənməsinə şahidik oluruq. Hətta sosial şəbəkə cinayətləri deyə termin də daxil etmişik dilimizə. Sosial şəbəkə dövlət qurumlarının mənfili-müsbətli, həm…
Qarabağ sindromu: Intiharlar xəbərdarlıqdır… …narkotik aludəçiliyi, ağır cinayətlər də artacaq…
…Yara belədir. Döyüşdə aldığın açıq yara yox, mətbəx bıcağı ilə barmağını yüngül zədələdiyin yara. Uzun müddət ondan danışırsan, ufuldayırsan, barmağını nəyəsə toxundurmaqdan üşənirsən və sair… yəni bu sənin qorxudan, sinirdən, psixoloji həyəcandan aldığın zədənin, travmanın əlamətidir… …Bunu niyə deyirəm? Qarabağda vətən savaşı bitib. Amma savaş…
Müharibədən sonrakı Azərbaycandan nə gözləyirik… SPACE TV-də müzakirəmiz…
Özbaşına məmurların şəhid sindromu…PRİME TV-də müzakirə
Dövləti aldatmayın, məmurlar! …Azərbaycanı indi də ORDUdan “vururlar”…
Bir qrup şəhid ailəsi övladının nəşinin, yol kənarında dəfn edilməsinə etiraz edir. Bir qrup hərbçi müharibədən sonra mükafatsızlıqdan şikayətlənir. Və maliyəsi bəlli yerlərdən gələn mühacir KIV-lər navalçaları əldə, döşəyirlər dövlətin “qabırğasına”. Öz aramızdır, dövlət neynəsin axı? Neynəsin ki, işini görməyən böyük bir dəstə var ölkədə….
“Kül təpəvə, danış də”…Danışdım… …amma öz payıma!
… “Adə danış də, niyə danışmırsan, kül təpəvə”… …Televiziya dili ilə desək kadr kəsilir, ekran qaralır və əsirlikdə əsgərə verilən işgəncə kimi, dəhşətli bir uğultu eşidir adam… …Lap uzağında bir səs də gəlir bu uğultunun. O səsdə deyilir ki, bəs “mən Tolikdən, yəni pradyüser Tarixdən…
Vətən uğrunda anti-terror əməliyyatı… …Və ya təhlükəli son on gün…
Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid…
Putin və Ataş…
Moldova rus hərbi kontingentini ölkədən çıxarmaq məsələsini gündəmə gətirib. Putin də deyir Moldovanın rəhbərliyinə uğur diləyirəm. Amma o, Moldovaya rəhbərlik edir, özü də Rumıniya vətəndaşıdır. Bəlli siyasi gücün təmsilçisidir (Sorosa sataşır-red). Və davam edib, biz orada sülh görmək istəyirik, dialoq görmək istəyirik… …Adam sənə nə?…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə