İrəvana gəlmə-gəlmə… Yerliçilik dövlət siyasətinin tərkibi kimi…
Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycanın apardığı 44 günlük vətən savaşında son dərəcə maraqlı proses müşahidə olunurdu. İrəvan erməniləri ilə, Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi mübahisə duyulurdu. İndi bu mübahisələr artıq yerliçilik problemi səviyyəsinə yüksəlib və hətta idarəolumaz mübahisələrə, əlbəyaxa davalaya yol açır….
Müəmmalı narkotik qalmaqalı, dini təriqət, korlanan həyatlar, Kürə tökülən kanalizasiya…
Zərdab rayonunda kanalizasiya sistemi yoxdur. Rayonun bütün kanalizasiyası, tullantıları Qara su və Kür çayına axıdılır. O su ilə rayonun əkin sahələri suvarılır. Bəzi hallarda içməli su kimi də istifadə edirlər. Üstəlik, Kür ölkənin ən böyük çayıdır, Xəzərəcən gəlir. Yəni təkcə Zərdabın problemi deyil, bu, ölkə…
Söyüş mediası niyə və necə yarandı?..
…Biz necə xilas olaq?!.. Azərbaycan mediasının bu günki durumu gerçək media adamı olan hər kəsi ciddi narahat edir. İctimai rəyin formalaşmasında, milli ideoligiyanın möhkəmlənməsində və qorunmasında, vətəndaş cəmiyyətinin formalaşmasında, mental dəyərlərin qorunmasında ciddi yer tutan milli media dağıdıldı. O media ki, illər öncə siyasi düşərgə…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə