Azərbaycan türkcəsində Türkiyə efiri…
Türkdilli dövlətlərin birgə görüşü, ortaq tədbirlərinə diqqət edirəm. Hər dəfə umduğum bir məsələ var. Təbii ki, peşəmlə, jurnalistika ilə bağlı. Ancaq umduğumu ala, görə bilmirəm. Odur ki, yazmağı lazım bildim. O müzakirələrin birində, qarşılıqlı informasiya mübadiləsində, xəbər yüklü proqramlarda türkdilli dövlətlərin öz şivəsinin, öz türkcəsinin…
Dilqəmlə Şahbaz döyüşə, siz də tamaşa, eləmi?!..
Qara piarlı informasiya konveyri dolanır Azərbaycanın başında. Hər atılan addımdan, hər görülər işdən sonra ləkə yaxmağa çalışırlar. Yataq odası filmindən sonra, Indi də Şahbazla Dilqəm hoqqası. Erməni əsirliyindən, illərin əzablı mübarizəsindən sonra geri alınanların üzərindən oyun qururlar. Dilqəm bildirib ki, Şahbaz ermənilərin adamıdır. Şahbaz da…
Faşist Nejdənin mənəvi nəvələrinə…
Diqqətinizə bir foto təqdim edirəm. Bu fotonu lap çoxdan Rusiyada “СССР” adlı muzeydə çəkdirmişəm. Muzey faşistlərdən qənimət olaraq götürülən, vurulan əsgər geyimləri, çəkmə, kepka beret, papaq və dəbilqələr, su qabları və sair hərbi eksponatlarla dolu idi. Indi bu faşist Nejdenin balaları həşirə qalıb ki, niyə…
Azərbaycanda qadın məsələsi siyasi deyil…Space TV-də diskusiyamız…
Gəncə,İsmayıllı, Quba,Tərtər işi… Azərbaycanda məmur özbaşınalığının acı nəticələri…
Azərbaycanda zaman-zaman dövlət-xalq münasibətlərində çatları dərinləşdirən, dövlətin “başını ağrıdan” cinayətlər törədilib. Niyə? Məmurların, müqəssir, günahkar məmurların, məsuliyyətdən yayınmasını təmin etmək üçün. Bu həm də “ yaxşı” biznes idi. Məsələn, MTN-in dövlət təhlükəsizliyi ilə yox, məmur kartatekalarının yığılması işi ilə məşğul olduğu zamanlarda bu “biznes” ümumiyyətlə…
İntim-siyasi KÜY…
Ölkəni küy bürüyüb… Yataq otağı küyü…Qarabağ masadaykən, islahat dalğası varkən, pamdemiya mövcudkən, dövlət, xalq talayanlara “dərs verməyə” çalışılırkən, bu yad və təhlükəli küy təkcə qulaq batırmır, həm də nüfuzlara ciddi xələl gətirir. Həm siyasi mövqeyindən asılı olmayaraq şəxslərin, həm də dövlətin nüfuzuna. …Milli Şuranın rəhbəri…
Başımıza hələ çox Tərtər işi gələcək…
Uzun müddət öncə yazmışdım. Ölkənin ciddi problemləri var. Ən vacib problem o ki, vicdanlı, əqidəli, əxlaqlı, mənəviyyatlı, dövlətçi, millətçi, xalqını sevən, vətənə sadiq adamların çoxu arxa planda qalıb, özü də bütün sahələrdə. Məmur da oleqarx olub beləcə. Əslində məmur məmurdur, işini görər, məqamı da çatqnda…
Azərbaycana olan terrorçu “Mehr”ləri …
…Terrorçulara dost jurnalistlər Prezidentin mətbuat konfransına niyə və necə düşüb? Prezidentin dörd saatlıq mətbuat konfransında Iranın ikinci mühim xəbər agentliyinin, “Mehr”in əməkdaşının provakasiya dolu sualını hələ kimsə unutmayıb yəqin. Xanım jurnalist Azərbaycanın Qarabağ savaşına muzdlu döyüşçü cəlb etməsi barədə sual verib. Prezidentin konkret məlumat istəməsindən…
“Osmanqızı TV” niyə “Azad söz”lə əvəzləndi?!
Bəzən belə olur, hər şeyi bilə-bilə intellektdən dibə endirirlər. Yəni daha normal dura-dura, daha anormala, qeyri-müəyyənə sarılırlar. El dilində təxminən belə ifadə olunur bu durum: İşinə xatir, erməniyə “dayı “ demək. Siyasi dildə dəifadəsi var əl dəyişmək. Yəni yeni mərhələdə, yeni başlanğıclarda yeni müəmmalı rəhbər…
Azərbaycansayağı “feminizm” … …və ya azərbaycanlı qadının şərəf məsələsi qrant siyasətində…
Bakı küçələrində səslənmirlər, bağırırlar ki, “qadın qətilləri siyasidir”. Kim? Bəli, onlar, “milli feministlər”. Belə baxanda düz deyirlər, qadın qətilləri siyasidir. Niyə? Izah edirəm. Dövlətləri zəfiglətmək, hakimiyyətləri yıxmaq üçün bəlli vasitələr var. Biri siyasi dildir. Danışıq, görüşmə, müzakirə yolu ilə baş tutar. Digəri iqtisadi, informativ, psixoloji…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə