Zərdabidən oğurlanan üz yüz min…
Az qalıb, lap az, cəmi iki ay sonra sənin bizə miras qoyub getdiyin mətbuatın 145 yaşı tamam olacaq ustad, yubileyimizdir. Yəqin bu günə gəlib çıxmağımızı çox düşünmüşdün, arzulamışdın, amma sən bizi həm də bu gündə görmək istəməzdin yəqin, yaman gündəyik axı… Necə? Belə: Qorxaq, casərətsiz,…
Təhlükəsiz Azərbaycan!
“Ermənilərin Bakıda çəkdiyi” video adıyla tirajlanan görüntülər adamı dəhşətə gətirirdi. Hamı düşünürdü bunu necə ediblər? Haradan gələ biliblər Bakıya ermənilər? Onu da qeyd edək ki, bu hadisə diqqəti yenidən ölkənin təhlükəsizliyi ilə bağlı məsələyə yönəltdi. Əvvəlcə olaya qədərki vəziyyəti gözdən keçirək. Son dövrlər ölkənin dövlət…
Son mənzili dəyişdirilən Tahir Əkbər…
Rast gəldiyim ikinci olaydır. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin yeganə qadın nağara ifaçısı dünyasını dəyişmişdi. Ona məzar yeri tapılmırdı. Qohumları anasının məzarını qazdı. Ananın üstündə dəfn elədilər balasını. Bizim mədəniyyət, incəsənət adamını. O qadını şəxsən tanımırdım. Düşündüm ki, ana qucağından istisi yoxdur. Dünyaya…
Bağırovun evi kimlərə satılıb?
O illərin, 1936-37-ci illərin ziyalılarının hər gün yaşadıqları yaşantılar, həyəcanlar idi bu. Və nədənsə hətta öz evlərində belə bir adı dillərinə gətirməyi qorxurdular: Mircəfər Bağırov. Həmişə maraqlı gəlib mənə, nə səbəbdən, niyə bu adamın siyasi fəaliyyəti, şəxsiyyəti bu qədər qarışıq, dağınıq və müəmmalıdır. Üzeyir Hacıbəyli…
Avtobusdakı qəribə adam
Tez-tez istifadə elədiyim 6 saylı marşrutda idim. Rusiya səfirliyinin yanında bir adam mindi avtobusa. Yaşı 40-45 olardı. Diqqətimi ilk çəkən geyimi oldu. Ağ corab, qara uzunburun çəkmə, parıltılı yaşıl pencək və şalvar, mavi köynək, göy qalstuk. Qara gün eynəyi. Gerçəkdən qəribə görünürdü. Gülümsədim. Sonra özümü…
Oğruların sevgisi
Həmkarlarımdan biri həbsxanadan hazırladığım videomaterialları istədi. Bəlkə o xahiş olmasaydı bu qadın yadıma düşməzdi – qadın həbsxanasında cəza çəkən “Şrek” – Şəbnəm. Həbsxana nəzarətçilərindən biri ilə xısın-xısın danışanda, şikayətlənəndə görmüşdüm onu. Deyirdi ki, bir nəfərdən başqa kimsə sevmir onu. Heç doğmalarına, üç azyaşlı övladına da…
Söyülən ANA və Sevincin namus məsələsi…
Neçə gündür söhbət gedir, kənardan izləyirəm. Bir az maraqla, bir az kədərlə, bir az təəssüflə, xeyli də tərəddüdlə. Yazasanmı, susasanmı, bilmirsən?!. Əslinə qalanda məsələ yazmaq da deyil, yazmamaq da. Məsələ budur, elə yazasan ki, vicdanına hesabat verəndə yerin dibinə girməyəsən. Bu mənada günlərdir yazmamağa üstünlük…
Mühacir biznesi və “kəllə-mayallaq” olmaq…
İllərimiz indi “müxalifətik” deyənləri çox dərindən tanımaqla keçdi. Komanda yoldaşlarına, idarəçiliklərinə, hikkələrinə, gizli ittifaqlarına, həyat tərzlərinə, himayələrində olan qəzetlərin maliyyəsini necə mənimsəmələrinə, getdikləri gizli görüşmələrə, səs yazıb, haralardansa paket almalarına şahidliyimiz oldu. Yəni indi onlar deyəndə ki, “mən qazanam, dibim qızıldır”. Adamın durub deyəsi gəlir…
Bir dönərlik “fahişə”….
Yarı çəhrayı, yarı ağ rəngli, üstü çay ləkəli bir neçə termosu vardı sınıq-salxaq arabasında. Üzünün dərisi qırışmış. Saçı səliqəsiz boyanmışdı. Xeyli vaxtdır heç daramırdı deyəsən, pırpızlanmışdı. Dırnaqlarında bir neçə boyanı üst-üstə izi qalmışdı. Əyninə nimdaş ətək, köhnə köynək, üstündən də jilet geyinmişdi. Ən son çəkdiyi…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə