Anti-terror əməliyyatı… və ya gözünüz dövlətdə olsun…
Qəribə və maraqlı yanaşma var. Bilmirəm bu bilməyərəkdən səbirsizlikdir, ya bilərəkdən ərköyünlük. Özü də bunu edənlərin əksəriyyəti ölkənin bir neçə sahədə çalışan brendləşmiş adlarıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya öz təşəbbüsləri ilə səfər edib tərs sillə “yeməsindən” bir qədər əvvəl, diversiya qrupu işğaldan azad…
Icra başçıları…ay icra başçıları…EŞIDIN!
Günlərdir vəziyyət belədir, yaralı qazi deyir, mənə baxan yoxdur, icra hakimiyyətindən gələn yoxdur… Şəhidin şəkilini başçı çıxarıb qoyur qırağa ki, mənzərəni korlayır… Günlərdir balamı axtarıram, tapa bilmirəm… Ağlayan şəhid anasına deyir, dayan də, söz danışmalıyam… Şəhidlik statusu almaqda problem yaşayan da olur.. Şəhid atasına deyir,…
Dağlıq Qarabağda informativ dağınıqlıq…
Azərbaycan Dağlıq Qarabağı bir neçə mərhələdə azad edib. Ərazilərin bir qismini hərb yolu ilə açıq-aşkar azad etdi. İkinci hissədə, zaman verməklə. Üçüncü, rəsmi elan edilmədən, məsələn Xocalı, Ağdərə, Xan kəndi və sair. Hazırda bundan sonradı, Dağlıq Qarabağ, Azərbaycan, Cənubi Qafqaz bölgəsi Azərbaycanın ciddi siyasi-hərbi…
Qarabağ ideologiyasının tərkibi: QARABAĞ TV…
Bəs sən kimsən, AZƏRBAYCAN?!..
Türkiyəni sevirəm. Deyim niyə. Ənənəsi olan dövlətdir. Ona edilən heç nəyi unutmur. Nə pisi, nə yaxşını. Nə keçmişdə, nə bu gün. Qarabağdakı tarixi zəfərimizdə, əlimizi tutan, ən güclü əl idi Türkiyə. Nə Azərbaycanı, nə dövlət başçısını tək qoymadılar savaş meydanında. Bütün dəstəyi verəcəklərini açıq elan…
Gəncəyə gəlirəm, yüküm yardımdır…
Azərbaycan erməniləri tarixən həmişə blokadaya salıb. Rusiya isə blokadadan çıxarmağa çalışıb. 1920-ci ildə, Rusiya öncə ermənilərin Türkiyə ilə münasibətini düzəltdi. Sonra Gürcüstanla yaxın etdi. Ardıyca Zəngəzuru parçaladı. Üç rayonu, Qubadlı, Zəngilan, Laçını Azərbaycana, qalan əraziləri Ermənistana verdi. Minlərlə azərbaycanlı qətlə yetirildi. Neçə azərbyqacanlı kənd xəritədən…
Oyundankənar Qərb və “zurnaları”…
“Dağlıq Qarabağdakı əhəmiyyətli əraziləri ələ keçirməyi bacaran Azərbaycan hakimiyyətinin zəfərli hesabatlarına baxmayaraq, Azərbaycan bu müharibədə Ermənistan qədər itirdi”. Amerikan Müəssisələr İnstitutunun tədqiqatçısı Michael Rubin otuz noyabrda, The National Interest-dəki yazısında belə qeyd edib. Rubin, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin mərhum atası, sabiq Azərbaycan…
İrəvana gəlmə-gəlmə… Yerliçilik dövlət siyasətinin tərkibi kimi…
Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycanın apardığı 44 günlük vətən savaşında son dərəcə maraqlı proses müşahidə olunurdu. İrəvan erməniləri ilə, Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi mübahisə duyulurdu. İndi bu mübahisələr artıq yerliçilik problemi səviyyəsinə yüksəlib və hətta idarəolumaz mübahisələrə, əlbəyaxa davalaya yol açır….
Laçınla ZƏNGƏZURA…
1920-ci il dekabrın 1-də Zəngəzur mahalı Ermənistan ərazisinə birləşdirildi. Sirr deyil, məqsəd, Ermənistanı blokadadan çıxarmaq, eyni zamanda Azərbaycanı zəiflətmək idi. Həmçinin gələcək işğal məqsədləri üçün Naxçıvanla Azərbaycanın quru yolunu kəsmək idi. Bir sözlə, 1905-ci ildə daşnaqların başladığı işğalı, Rusiyanın dəstəyi ilə 1920-ci ildə sovet-erməni kommunistləri…
“Fly Erbil Airways” və “Fly Armenia Airways”… PKK-nı Dağlıq Qarabağa Mehri üzərindən onlar daşıdı…
Dağlıq Qaabağda döyüşə rəhbərlik edən PKK komandirlərinin Qarabağa hansı qonşu və şirkətlər daşıyıb? Azərbaycan ermənilər tərəfindən demək olar ki, hər gün bu itthamla üzləşir. Dağlıq Qarabağda 44 günlük müharibədə, türklər, robot döyüşçülərdən (onlar Azərbaycan ordusunun, Yaşma xüsusi təyinatlıları kimi tanınan, Qarabağ savaşında unudulmaz xidmət…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə