Müharibədən sonrakı Azərbaycandan nə gözləyirik… SPACE TV-də müzakirəmiz…
“Məzar daşıma şəkilimi vurmayın!..” – Xanımı Fuad Poladovun son vəsiyyəti və son günlərindən danışdı
Xalq artistinin həyat yoldaşı Gülüstan Poladova: “Fuad vidaları sevməzdi…” “O verilişdəki xanımsınız”. İlk söylədiyi cümlə bu oldu. Gülüstan xanıma sarılanda elə bildim, uzun müddətdən sonra Fuad Poladovu gördüm, ona “xoş gördük” dedim. Beləcə, başladı söhbətimiz. Əslində iki-üç saatlıq söhbətdə qısa-qısa danışdıqlarının qeydidir təqdim olunanlar. Qəribə işdir,…
Sevgisiz ailələrin “feminist” cocuqları: Nərmin Şahmarzadənin atası ilə sensasion müsahibə…
Ağalar Şahmarzadə: “Nərminlə bağlı baş verən hər şey onun beyni ilə oynanılmasındadır”; “Mübariz İbrahimov şəhid olanda Nərmin təbliğat materialları hazırlamışdı” 8 Mart beynəlxalq qadınlar bayramını dünyada olduğu kimi, Azərbaycanda da maraq və həyəcanla gözləyib qadınlar. Sevdiyi, həyat yoldaşı, oğlu, qardaşı, çalışdığı kollektiv onu hansı hədiyyə ilə,…
“Bəziləri çox sevdiyim bu peşədə mənə həyatımın ən çətin imtahanını yaşatdı”
özəl qadındır. Tale onu xəlq eləyəndə heç nəyini əsirgəməyib. Ağıllıdır. Mehribandır. Yaxşı insana xas bütün xüsusiyyətləri özündə birləşdirib. Mənə görə onu gözəl qılan kədəridir. Maraqlı kədəri var bu qadının. Sanki üzünə-gözünə boya əvəzi çəkib hansısa dərdi. Onunla bir “Bomj”un həyat cizgilərində tanış oldum. Bu qadın…
Bizimkilər – Jalə Mütəllimova: “Mən evdar xanım olmaq arzusunda olmuşam” – FOTOLAR
Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış – “jurnalist ordusu”nu tanıtmağa hesablanıb… Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq… Beləliklə… “Bizimkilər” rubrikasının budəfəki…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə