…Yuxu kimi QARABAĞ…
…Birdən səfəri təxirə salınar…. …Birdən gecikərəm… …Birdən…yox ee… doğurdandamı Qarabağa gedirəm?! Səfərə gedənlərin siyahısında olduğum barədə məlumatı alandan, bu aullarla səhəri diri gözlə açdım… Səfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edib, Prezident Adminstrasiyası ilə birgə. Yenə də baş verənə özümü inandırmaqla məşğulam. Baxmayaraq ki,…
Mühacir mediasının gizlinləri: Onları Bakıda kim maliyələşdirir?! Onlara ev vəd edib, pulla yazı sildirən kimlərdir?..
Azərbaycanda başsız qalan media lap sadə dillə rdesək parça-tikədir. -Məmur puluna işləyənlər -Bir nəslin xidmətində duranlar – Şimalın siyasıtinə xidmətdə bulunanlar -İranpərəstlər -Firqə mediası -Klan mediası -“Müstəqil” media -Blogerlər -İnternet TV-lər -Dövlət maraqlarına xidmət edən rəsmi olmayan KİV-lər -Dövlət KİV-ləri -Mühacir mediası -Söyüş medisası Kim…
Milyonçu, söyüşçül, “zarafatcıl” və məsuliyyətsiz…
“Xəstəliyi başa düşdük, çalışırıq yoluxmayaq, məsafə saxlayaq, gigiyena, maska, immunitet, infeskionistin hədə-qorxusu, filan, hamısını tməyə çalışırıq. Ancaq ayrı-seçkilik gördük, NİYƏ?!..” Dünən bir oxucunun sosial mediadan mənə ünvanladığı bu sual sillə kimi dəydi üzümə, düzü hələ də cavab tapa bilmirəm. Bilmirəm nə deyim, adam çox haqlıdır,…
Koronovirusa yoluxan xəstə: “TTY-dən Allahın da xəbəri yoxdur”…
Koronovirusa yoluxan xəstə: “TTY-dən Allahın da xəbəri yoxdur”… TƏBİB-in səriştəsizliyindən dövlətə və millətə dəyən ziyanın miqyası durmadan böyüyür Səhər eşitdiyim bu xəbərdən şok yaşadım desəm bəlkə də az olar. İllərdir tanıdığım, ziyalı, çox gözəl ailə nümunəsi olan adının açıqlanmasını istəməyən ən yaxın rəfiqəmin özü anası,…
“İndi hamının adı VƏTƏNdir…” – FOTOLAR (ÖZƏL)
Hərbi hospitaldan reportaj Adam əvvəlcə çəkinir, sonra vahimələnir. Bir də düşünürsən ki, görəsən narahat eləməzsən ki, hansınısa. Nəsə soruşsan, nəyisə təzədən yaşatmış olmazsan ki, onlara? Bütün bu tərəddüdlərlə içəri daxil olanda gördüyünə inanmırsan… Tibb bacıları, həkimlər, hərbçilər, sıravi vətəndaşlar, öz ailələri, dostlar və sair. Yəni…
Qəbri evindən böyük oğlan… – FOTOLAR
Balaca çiy kərpicdən tikilən evdə doğulub böyümüşdü şəhid Nurlan Abdullazadə …O qadın ağlamır. Elə dəhşətli vəziyyətdədir ki…Hər gün demək olar ki, eyni saatda “Nurlaaannn…. ay Nurlaaannn” deyir dalbadal neçə dəfə…. Adam üşənir. Elə bilirsən məhlənin o başındadır uşaq, bu da evə çağırır. Amma, hamı bilir,…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə