Keçid dövrü adamları: “Silinən” nəsil…
Azərbaycanda bir nəsil var. Əksəriyyəti yetmişinci illərin adamıdır. İndi çoxu əllini haqlayıb. Heç kəsə sirr deyil, ikinci dönəm Azərbaycan Demokratik Cümhuriyyəti məhz o nəslin üzərində quruldu. Uşaqlıq, yeniyetməlik, gənclik illəri olmadı onların. Müharibə, acılıq, ehtiyac cocukları, yeniyetmələri, gəncləri, yetişkinləri oldular. Bəlkə, Azərbaycanın və azərbaycanlıların qədrini,…
Keşikçidağda yeni təxribat təhlükəsi: iyunun 19-a qədər…
İyunun 4-də, yəni dünən, Keşikçidağda baş verəcəyi gözlənilən təxribat planı təhlükəsi baş tutmadı. Xatırladaq ki, bu haqda Azərbaycanın Dövlət Sərhəd Xidməti Gürcüstanın Sərhəd Mühafizəsini rəsmi məlumatlandırmış, həmçinin yerli KİV-lərə məsələ barədə rəsmi açıqlama verilmişdi. Bir qədər əvvəl əldə olunan başqa bir məlumatda qeyd edilir ki,…
Müəmmalı narkotik qalmaqalı, dini təriqət, korlanan həyatlar, Kürə tökülən kanalizasiya…
Zərdab rayonunda kanalizasiya sistemi yoxdur. Rayonun bütün kanalizasiyası, tullantıları Qara su və Kür çayına axıdılır. O su ilə rayonun əkin sahələri suvarılır. Bəzi hallarda içməli su kimi də istifadə edirlər. Üstəlik, Kür ölkənin ən böyük çayıdır, Xəzərəcən gəlir. Yəni təkcə Zərdabın problemi deyil, bu, ölkə…
İdeologiyasızlıq+laxlayan ailə ənənləri = İNTİHAR…
Dünən gecə saatlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. Bu barədə ölkə mediasına ADPU-nun rektor müşaviri Ümid Mehdiyev məlumat verib. O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı. Heç bir kəsri yox idi, nümunəvi tələblərdən sayılırdı. Tələbə…
AZƏRBAYCANAFOBİYA…
Azərbaycana qarşı maraqlı hücum taktikasına start verib. Həm də bir neçə istiqamətdən. -Sosial şəbəkələr üzərindən; -Saxta profillərdən; -Radikal müxalifətçilər və habelə Milli Şura üzərindən; -Azərbaycanda diplomatik fəaliyyətini başa vurmuş səfirlər üzərindən; – Müstəqil beynəlxalq media quruluşlarından; -Avropa və Qərbin təhlükəsizlik orqanlarının təbliğat ruporu olan ayrı-ayrı…
Söyüş mediası niyə və necə yarandı?..
…Biz necə xilas olaq?!.. Azərbaycan mediasının bu günki durumu gerçək media adamı olan hər kəsi ciddi narahat edir. İctimai rəyin formalaşmasında, milli ideoligiyanın möhkəmlənməsində və qorunmasında, vətəndaş cəmiyyətinin formalaşmasında, mental dəyərlərin qorunmasında ciddi yer tutan milli media dağıdıldı. O media ki, illər öncə siyasi düşərgə…
Fuadın şəhid anasını söyməkliyi və erməniylə “bratanlığı”…
Hərdən məətəl qalırsan. Elə adama “stavka” edilir, elə adam bloger sayılır, elə adam müdafiə olnur ki, adam bilmir neynəyəsən! Xatırlayıram, bizim rayonda Ispəndiyar dayı vardı. Rəhmətlik baş verən hadisəni görüb də söz tapmayanda, çıxılmaz qalanda, zarafata salıb deyirdi ki, bu nədi əə, adamın bannamağı gəlir……
Maska şou-2…
Metroda dava düşüb. Polislə vətəndaş arasında. Maska üstündə: -Niyə maskasız şəhərə çıxmısınız? -Yaxşı eləmişəm. Biri polisdir, biri vətəndaş. Bir az gülməli, bir az da ağlamalı durumdur. Və düzü bir az da şoudur. Ötənlərdə buna bir ad demişdim, maska şou. Məmləkət maska krizinə girmişdi onda qorxudan.Eyni…
Məhəmmədlərin mirzəliyi və ya iyirmi min avro məsələsi…
Söyüş mediası milləti və dövlətə hara aparır?!. Söyüş “mediasının” səsi əvvəlki qədər gur gəlmir. Daha dəqiqi, danışıqlarını xeyli korrektə ediblər. Əllərinin kimin və ya kimlərin cibində olmasının ortaya çıxmasından sonra başqa neynəmək olardı ki?! Qaldı ona ki, dövlət və Prezident əleyhinə aparılan qara piara kimlər…
Noolar cənab Prezedent?!.
Ən çox eşitdiyimiz sualıdır bu son günlərin. Adam bezir, yorulur, süst düşür. Sonra da üşənir. Deyirsən ilahi, bir məmləkətdə bir topa məmur dövlətlə vətəndaş arasında nə boyda uçurum yaradıb, necə hasar hörübsə, hələ cəmi bircə sırası sökülən hasardan eşidiləb fəryadlardan, yalvarışlardan adamın qulağı batır, boğulur,…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more
Sosial şəbəkələrdə