Bütün yazılar
Laçınla ZƏNGƏZURA…
1920-ci il dekabrın 1-də Zəngəzur mahalı Ermənistan ərazisinə birləşdirildi. Sirr deyil, məqsəd, Ermənistanı blokadadan çıxarmaq, eyni zamanda Azərbaycanı zəiflətmək idi. Həmçinin gələcək işğal məqsədləri üçün Naxçıvanla Azərbaycanın quru yolunu kəsmək idi. Bir sözlə, 1905-ci ildə daşnaqların başladığı işğalı, Rusiyanın dəstəyi ilə 1920-ci ildə sovet-erməni kommunistləri…
“Fly Erbil Airways” və “Fly Armenia Airways”… PKK-nı Dağlıq Qarabağa Mehri üzərindən onlar daşıdı…
Dağlıq Qaabağda döyüşə rəhbərlik edən PKK komandirlərinin Qarabağa hansı qonşu və şirkətlər daşıyıb? Azərbaycan ermənilər tərəfindən demək olar ki, hər gün bu itthamla üzləşir. Dağlıq Qarabağda 44 günlük müharibədə, türklər, robot döyüşçülərdən (onlar Azərbaycan ordusunun, Yaşma xüsusi təyinatlıları kimi tanınan, Qarabağ savaşında unudulmaz xidmət…
Rusiyanın “GeoProMining Gold” şirkəti Kəlbəcərə qaçaq yolla silah və muzdlu daşıyır.
Dağlıq Qarabağın işğal altındakı Kəlbəcər şəhərində, Rusiyanın “GeoProMining Gold” şirkətinin də qeyri-qanuni payçı olduğu, Azərbaycana məxsus Zod qızıl yataqları illərdir istismar olunurdu. Sentyabrın 27-dən, Dağlıü Qarabağ savaşı başlayandan, şirkət yataqlarda istismarın dayandırıldığını açıqladı. Səbəb kimi guya işçilərin təhlükəsizliyinin təmin edilməsi göstərildi. Etibarlı mənbədən əldə…
Vətəndaş məsuliyyətsizliyi, diversiya yoxsa kəşfiyyat işi?!
Bir neçə gündür Füzulidə beş nəfərin tank əleyhinə minaya düşməsi ilə bağlı məsələ gündəmdədir. Daha dəqiqi kimdir məsuliyyət daşıyan baş verənlərə görə? Bu sual ətrafında müzakirələr səngimir. Dölətmi, təhlükəsizliyə cavab verən şəxslərmi, “noolasıdır” prinsipi ilə kimi gəldi işğaldan azad edən ərazilərə buaxanlarmı, sülhməramlılarmı? Yoxsa illərdir…
Tikk-tokkk…tikk tokk: MÜ-HA-RI-BƏ!
Sosial şəbəkələr ictimai fikiri hara desən, necə desən fırladır. Birinin adından da bəlli olduğu kimi, nəbzdir: tik-tok… Zamanın, hadisələrin, reaksiyaların nəbzi…Və o nəbzi tutmaq üçün quranlar ən çox hansı ölkələrdə aktivdir və niyə onun da geniş şərhə ehtiyacı yoxdur. Tutulan nəbzə görə bizim barəmizdə və…
Dağlıq Qarabağa erməni adı altında terrorçu da yerləşdirilə bilər…
İlk dəfə Kəlbəcərdə oldu. Azərbaycanın işğaldan azad olunan ərazisini tərk etmək üçün daha artıq zaman istədi ermənilər. Zaman bizim insaf və ədalətimizdən yana, verildi. Qazandığımız erməni dirənişi, üzlülüyü oldu. Daha çox dirəndilər Kəlbəcərdən çıxmamaq üçün. Daha çox yerə əl atdılar. Hətta Zod qızıl yatağına…
Yol verin, dərman gəlsin…
“TƏBIB”, Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, dövlətə xaricdən tibbi yardım etmək istəyənləri kim incidir? Azərbaycan iki mühim cəbhədə savaş aparır: Bioloji və hərbi savaş. Ikisi də can savaşıdır. Biri xəstəliklə ölüm gətirir, digəri düşmən gülləsi ilə. Indi biz, dövlət olaraq hərbi müstəvidə qalibik. Düşmənin atəşi kəsilib….
HİMN ADAMLAR, HİMN DÖVLƏT…Hər şey, Cavad əfəndi yazan kimi…
Mövlana dər ki, insana nəsib etməyəcəyini, xəyal da etdirməz Allah. Azərbaycanın dövlət himnini yada salanda düşündüm bunu. Böyük Əhməd Cavad da vətən sevdalısı, söz aşiqi idi. 1919-cu ildə cəmi on səkkiz sətirlik əsər yazmışdı, yazmışı ki… Azərbaycan, Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü…
“Yaşıl zona”da ofis, “Babil”də nömrə, və PKK-ya qarşı böyük susqunluq…Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili 44 gündə niyə susdu?
Nasir Məmmədov. Bu ad sizə tanış ola da bilər, olmaya da. Tanımayanlar üşün deyim ki, Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkilidir. Ancaq haqqında məlumat axtarsam, bir müsahibəsini oxumaq istəsən də heç nəyə rast gələ bilmədim. Daha dəqiqi dövlət, millət üçün əhəmiyyətli nəyəsə rast gəlmədim.Yaxın…
Mösyö Jordanın mənəvi “nəvələri”…
Neçə gündür Fransanın mədəniyyət incəsənət adamlarının ermənilərə dəstək, veməsi xəbəri gündəmdir. Bir ovuc, ac, gic, soyu, kökü olmayan erməni buna nail olub. Havadarları o yana qoyaq, ermənilər həm də biclik, fırıldaqla bu əlaqələri qurub. Bəs bizim Fransada olanlarımız neynəyir? Cəmi bir reportaj xatırlayıram Azərbaycan…
Şəhid, əsgər, zabit kreditləri… Bankların oyunu, dövlətə yalan, yoxsa “fake”?!.
Demək olar hər gün rast gəlirik. Düzü ikrah doğurur: -Filan əsgərin kreditini bank bağlamadı. -Şəhidin ailəsinə dedilər varisi ödəməlidir bank borcunu. -Bank şəhidin borcunu bağlamaqdan imtina etdi. -Bank borcu yalnız dondura biləcəyini söylədi. Burda o yana, bu yana söz çevirmək lazım deyil. Bu həqiqəti əks…
Bayraqsız görüş və ya Paşenyanın xilası “əməliyyatı”…
Deyir, rus satqındır, ləyaqətsizdir, bizi türkə satdı… Deyir, biz arnoidik, bütün dünya arnoid xalqınındır, bizi rus parçaladı, Ermənistan düzəltdi, öz məqsədləri üçün… Deyir, erməni soyqırımını türklər tək törətməyib, rus da ona o vaxt kömək edib…Rusla terkün həmişə ermənilərlə bağlı gizli ittifaqı olub… Deyir, doxsanlarda ermənilər…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more