Bütün yazılar
Xudafərindəki müəmmalı “snayper”… …Fake, yoxsa həqiqət?
Azərbaycanlı olaraq tarixən haqlı incikliklərimiz, nigarançılığımız, mənəvi üsyanlarımız, etirazlarımız var, bəlli istiqamətlərə. Haqsızıqmı? Deyilik! Tarixi dönəmlər yaşadığımız itkilər və əzablar, bizi o inanca gətirib ki, “türkün, türkdən başqa dostu yoxdur!” Ərazi yox, dünyəvi məsələlərdə. Biz bu prinsipə əməl edərək, eyni zamanda qonşuluq münasibətlərini də saxlamaq…
Erməninin “bic balası”: Artsax… …və ya qud bay, Minsk qrupu, qud bay!
Xalqa məlum gecə müraciətində, Prezident İlham Əliyev vacib bir mesaj verdi. Dedi ki, o qədər təzyiqlər var, zamanla bəzilərinin üzərindən pərdəni, bəlkə götürdüm. Bir də ona işarə etdi ki, bəzi yerlərin bələdiyyə sədrlərinə qondarma Artsaxın müstəqilliyini tanıtdırırlar. Xatırlayırsınızsa, belə ismarıcın biri Fransadan, biri Italyadan gəlmişdi….
Ermənistan, Rusiya və Türkiyəylə, nə ALINDI?!..
Azərbaycanın Dağlıq Qarabağda başladığı Vətən müharibəsi ətrafında rəngarəng mübahisələr gedir. Narahatlar, harasa “pərəstlər”, şəhid ailələri, bir sözlə hamı narahatdır. Suallar çoxdur. O suallardan biri də bu ki, Azərbaycanın bu savaşda hədəflərinə çata bildimi? Yəni istədiyimiz alındımı? Baxaq. Baş nazir Nikol Paşinyan varla yox arasındadır. Irəvan…
ON GÜN…
İnsanlar səbirsizdir, gərgindir, əsəbidir. Qırx dörd günün müharibəsinin başqa dövlətlər və millətlər qırx dörd il sürdürür. Amma bizdə tərsinə oldu. Otuz il dövlətili, xalqlı, sülh, sülhlə, sülhün, sülhdə, bir sözlə isimin bütün hallarında sülh sözünü hallandıra-hallandıra qapıları döydük. Bəlkə elə düşündülər ki, həmişə belə olacaq….
XALQ+ DÖVLƏT+AZƏRBAYCAN=AZAD QARABAĞ!
…Il doxsanlar deyil… Silahlar doxsandakı deyil… Dünya da doxsanlardakı deyil… Dünyada, regionda siyasi balans, disbalans, heç nə doxsanlardakı deyil… Azərbaycan da doxsanlardakı deyil… Azərbaycana olan münasibət də doxsanlardakı deyil… Strateji müttəfiq və qonşuluq münasibətləri də doxsanlardakı deyil… Rusiya gücü də doxsanlardakı deyil… SOROSla düşmən, Avropa…
Sülhməramlı Rusiya, məsləhətçi Iran, məğlub Ermənistan, baş müttəfiq Türkiyə və iki dost…
Bütün incəliklərinəcən düşünülmüş savaşın ağıllısı, qüdrətlisi və fədakarı DÖVLƏTDIR, ORDUDUR. Kimsə onlardan uca, üstün, ağıllı, məlumatlı deyil. Əsirlərdir işğal edilən dövlət özünü dünyaya başqa yöndən, mübariz kimi, göstərdi. Işğal altındakı ərazilərini azad etdi. Həsrətini çəkdiyimiz Şuşaya qovuşdurduq bizi. Neçə şəhər döyüşsüz alınacaq! Neça ana, gözüyaşlı…
Hamını başına toplayan BAYRAQ!..
Indi sənə hamı bürünüb, şəhid də, şahid də! Indi sən, hamıya sevgilisən, qadına da, kişiyə də, yaşlıya da, uşağa da! Indi sən, ən ucadasan, Şuşada! Indi elə gözəlsən, səni vəsf eləmək olmur! Sən namussan, şərəfsən, haqsan, vicdansan, əxlaqsan, şəxsiyyətimizsən, milli kimliksən! Sancıldığın hər yer VƏTƏNdir!…
SOROS ailəsinin “Mikroskopu”…
Mikroskop media. Bütün sosial şəbəkələrdə aktivdir. “Nexta” teleqram kanalın tərəməsidir. Bir mərkəzdən, Budapeşətdən, SOROS institutlarının ən çox fəaliyyət göstərdikləri ölkədən maliyyələri göndərilir. Yaxşı maddi və texniki təhcizatları var. Prosesə daha çox maddi ehtiyaclı, peşəkar, əqidəsi pul qazanmaq olanları cəlb edirlər. Yəi SOROS-un balaları “işləyir”. Onlar…
Soyuq müharibənin media “quzğunları”…
Dağlıq Qarabağda Azərbaycanın apardığı vətən savaşında əsas qələbə, Qarabağın baş tacı, həm də bu savaşın təkcə ərazi yox, mənəvi-psixoloji üstünlüyünü qazandıran Şuşanı Azərbaycan geri qaytardı. Şuşanın alınması çox şey deməkdir, Ermənistanda siyasi vəziyyətin dəyişməsi, kəskinləşməsi, hətta ciddi siyasi dəyişikliklərlə müşaiət olunmasını istisna etmir Şuşanın işğaldan…
Qarabağa MİLLİ icra başçıları…
Dağlıq Qarabağ işğaldan azad olunandan bəri onların heç biri ilə üz-üzə gəlməmişəm. Bircə epizod yadımdadır. Çadır şəhərciklərindən birindəki epizod. İnsanlar icra başçısını bura köçəndən görə bilmədiklərini deyirdilər. Mərhum Azərbaycan Prezidenti Heydər Əliyev onu elə camaatın içində bir qəpiklikdən də ucuz edib kənara qoydu. Bəli onlar…
Təhlükəli erməni “triosu”: Kilsə, siyasət və terror…
Zaman-zaman suallar yaranır. Nədən dünyəvi xristian dininin daşıyıcısı olsalar da ermənilərin həm provaslavlar, hm katoliklər özlərindən ayrı, uzaq tutub. Tarixən və üumiləşdirilmiş məlumatlardan bəlli idi ki, onlar millət və kilsə olaraq hər zaman açıq siyasətlə məğşul olublar və terrora dəstək veriblər. Bu günlərdə məhz bu…
Müharibə adamı olun!..
Sentyabrın 27-dən başlayaraq bütün dövlət qurumları, o cümlədən ölkə başçısı, Ali Baş Komandan, demək olar bütün çıxışlarında emosional, çılğın vətəndaşa müraciət edir. Yoxlanılmamış, dəqiq olmayan məlumatları yaymayın, yazmayın, paylaşmayın, məxfi saxlayın və sair. Artıq bu təbliğat düşmənin də diqqətini çəkib. Bu günlərdə ermənistanın baş naziri…
Meydan TV-nin siyasi manipulyasiyası…
Vətənpərvərlik qandan, candan gəlməlidir. Yoxsa iki gün artistlik etməklə nə vətən olur, nə də pərvər. Meydan TV, meydançılar bir reportaj tirajlayıb. Məcburam qısa xülasəsini yazam. Tofiq Məmmədov adlı bir gənc AXCP üzvü barədə reportaj hazırlanıb. İddiaya görə qardaşı döyüşlərdədir. Hətta yaralanıb. Elədirsə, Allah qorusun, sözümüz…
SOROS-un Emin balası…
Bu adam Emin Hüseynovdur. Bloger Mehmanın qardaşı. Biz zamanlar qardaşı Mehmana cinsi azlıq, psixoloji xəstə də deyirdi. Artıq qrand ala bilmək üçün. Indi yenə dincliyi yoxdur. Canlı yayında nədən və niyə danışdığını qısaca sizə yazıb linki komment bölümünə atacağam. Bilirəm, çoxunuzun acığı tutacaq. Amma bilin…
Ermənilərin “qorxu” kabusu: kilsə, siyasət və terror..
Zaman-zaman suallar yaranır. Nədən dünyəvi xristian dininin daşıyıcısı olsalar da ermənilərin həm provaslavlar, hm katoliklər özlərindən ayrı, uzaq tutub. Tarixən və üumiləşdirilmiş məlumatlardan bəlli idi ki, onlar millət və kilsə olaraq hər zaman açıq siyasətlə məğşul olublar və terrora dəstək veriblər. Bu günlərdə məhz bu…
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more