Kateqoriyalar

Bütün yazılar

MÜSAHİBƏ

“Məzar daşıma şəkilimi vurmayın!..” – Xanımı Fuad Poladovun son vəsiyyəti və son günlərindən danışdı

Xalq artistinin həyat yoldaşı Gülüstan Poladova: “Fuad vidaları sevməzdi…” “O verilişdəki xanımsınız”. İlk söylədiyi cümlə bu oldu.  Gülüstan xanıma sarılanda elə bildim, uzun müddətdən sonra Fuad Poladovu gördüm, ona “xoş gördük” dedim. Beləcə, başladı söhbətimiz. Əslində iki-üç saatlıq söhbətdə qısa-qısa danışdıqlarının qeydidir təqdim olunanlar. Qəribə işdir,…

BLOQUM

Cəfər Cabbarlının türk ordusuna yazdığı marş hardadır? ARAŞDIRMA

“Sənə nolub zalım yar”, “Azad bir quşdum”, “Gərək”. Onun yaratdıqlarıydı. Musiqisi də, sözləri də ona aid idi – Cəfər Cabbarlıya. Uzun illərin mübarizəsi və mübahisələrindən sonra adı bu mahnılarının altına yazılır nəhayət. Amma bu son deyil deyəsən… Xanəndələrimiz muğamların keçidlərində bir xalq mahnısı ifa edir: Qurban…

KÖŞƏ

Bağırovun evi kimlərə satılıb?

O illərin, 1936-37-ci illərin ziyalılarının hər gün yaşadıqları yaşantılar, həyəcanlar idi bu. Və nədənsə hətta öz evlərində belə bir adı dillərinə gətirməyi qorxurdular: Mircəfər Bağırov. Həmişə maraqlı gəlib mənə, nə səbəbdən, niyə bu adamın siyasi fəaliyyəti, şəxsiyyəti bu qədər qarışıq, dağınıq və müəmmalıdır. Üzeyir Hacıbəyli…

KÖŞƏ

Avtobusdakı qəribə adam

Tez-tez istifadə elədiyim 6 saylı marşrutda idim. Rusiya səfirliyinin yanında bir adam mindi avtobusa. Yaşı 40-45 olardı. Diqqətimi ilk çəkən geyimi oldu. Ağ corab, qara uzunburun çəkmə, parıltılı yaşıl pencək və şalvar, mavi köynək, göy qalstuk. Qara gün eynəyi. Gerçəkdən qəribə görünürdü. Gülümsədim. Sonra özümü…

BLOQUM

Multfilm terroru – ARAŞDIRMA

Bəlkə aranızda elələri var ki, hələ də baxır. Uşaqlar qədər sevir. Uşaqlardan çox tanıyır qəhrəmanlarını. Və yəqin elə bu səbəbdən artıq onlar üçün xüsusi çəkirlər həmin filmləri, animasiya filmlərini. Azərbaycanda ilk animasiya, 1933-cü ildə “Pişik” adlı qısametrajlı filmdə istifadə olunub. İki il sonra 1935-ci ildə…

KÖŞƏ

Oğruların sevgisi

Həmkarlarımdan biri həbsxanadan hazırladığım videomaterialları istədi. Bəlkə o xahiş olmasaydı bu qadın yadıma düşməzdi – qadın həbsxanasında cəza çəkən “Şrek” – Şəbnəm. Həbsxana nəzarətçilərindən biri ilə xısın-xısın danışanda, şikayətlənəndə görmüşdüm onu. Deyirdi ki, bir nəfərdən başqa kimsə sevmir onu. Heç doğmalarına, üç azyaşlı övladına da…

MÜSAHİBƏ

Sevgisiz ailələrin “feminist” cocuqları: Nərmin Şahmarzadənin atası ilə sensasion müsahibə…

Ağalar Şahmarzadə: “Nərminlə bağlı baş verən hər şey onun beyni ilə oynanılmasındadır”; “Mübariz İbrahimov şəhid olanda Nərmin təbliğat materialları hazırlamışdı” 8 Mart beynəlxalq qadınlar bayramını dünyada olduğu kimi, Azərbaycanda da maraq və həyəcanla gözləyib qadınlar. Sevdiyi, həyat yoldaşı, oğlu, qardaşı, çalışdığı kollektiv onu hansı hədiyyə ilə,…