Jalebloq.az

Ən məhsuldar bir il..

KÖŞƏ

Ən məhsuldar bir il..


Sonuncu Prezident seçkisindən bir il ötür. Bu bir il nəylə başladı? necə davam edir? Hansı formada səciyyələndirilməlidir?

Son bir il siyasi hakimiyyətdə olduğu müddətdə Prezident İlham Əliyevin ən uğurlu fəaliyyət dönəmi idi. Başqa sözlə bu daha dərin  islahatlar üçün ilkin mərhələ kimi də xaraktrizə edilə bilər. Bəs daha dərin islahatlara doğru atılan uğurlu ilk addım hansı idi? Təbii ki, Prezidentin siyasi komandasında etdiyi dəyişiklik.

-Vergilər Nazirliyi

-Gömrük Komitəsi

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

-Ekologiya və Təbii Sərvətlər Nazirliyi

-Dövlət Miqrasiya Xidməti

-Təhsil  Nazirliyi

-Diasporla İş Üzrə Dövlət Komitəsi

başda olmaqla, xeyli dövlət qurumu rəhbərləri tutdugu vəzifədən uzaqlaşdırıldı, yeni, daha gənc kadrlarla əvəz edildi. Uzun müddət baş nazir postunu tutan Artur Rəsizadə də istefaya göndərildi. Onu baş nazir postunda Prezident Aparatı Xarici Əlaqələr Şöbəsinin rəhbəri Novruz Məmmədov əvəzlədi. PA-da Humanitar Şöbənin rəhbəri və daha bir neçə əhəmiyyətli postlarda da ölkə Prezidentinin siyasi iradəsinə əsasən dəyişikliklər edildi. Bu seçki sonrası vəd olunan islahatların ilk göstəricisi idi.

Kadr dəyişikliklərinə paralel yerli və beynəlxalq əhəmiyyəti olan məsələləri də  xüsusi qeyd etmək yazımdır.  Beynəlxalq qaz kəməri, dəmir yolu, dəniz limanları bu sıradadır.  Bir neçə iri həcimli zavod və fabrikləri də sözügedən siyahıya əlavə etmək olar. Bütün bunlar üç istiqamətdə möhkəmlənməni təmin edir:

-Ölkədən investisiya axının qarşısı alınır;

-Əhali üçün yeni iş yerləri yaranır ki, bu sosial rifah halının yaxşılaşmasına xidmət edir;

-Ölkəyə investisiya qoyuluşuna şərait yaradır.  

Aparılan siyasi islahatlar daha sonra iqdisadi sahədə islahatlara yol açdı, ölkənin maliyyə sabitliyi qorudu.  Məsələn, problemli kreditlərlə bağlı bankların bilavasitə iştirakı ilə tədbirlər paketi hazırlandı və icraata göndərildi. Bu təkcə ictimai çəkisi olan ailələrə deyil, eyni zamanda bankların özlərinə də sərfəli addım idi.

Bir ilin növbəti uğurlarından sayıla biləcək başqa məqamlar:

-Ölkədə rüşvətxorluq və korrupsiyaya qarşı müqaviməti gücləndirildi;

-Vergi və gömrük orqanlarında islahatlar aparıldı;

-Bir qrup yüksək çinli məmur barəsində dövlət səviyyəli araşdırmalar başladıldı.

Sosial yönümlü qərarlar sırasında isə

-Təqaüdlər artırılması;

-Sosial müavinətlərin məbləğindəki ciddi dəyişikliklər;

-Əmək haqqı artımları

xüsusi qeyd oluna bilər.

Məhkəmə-hüquq islahatlarına dair fərman isə çoxdan gözlənilən addım idi. Çünki ölkədə dövlətin əli və ədalətlilik göstərici sayılan məhkəmələrdən və hakimlərdən narazılıqlar, son dərəcə artıq sosial problem şəklini almaqda idi. Bu addımı ilə Prezident Əliyev digər sahələrdə də dövlətin və siyasi lider olaraq özünün əlini gücləndirə bildi. Bəs Prezidentin bu addımı nəyi ifadə elədi?

-Prezident bundan sonrakı addımlarında daha israrlı olacaq;

– İnsanları narahat edən çox ciddi sahələrdə köklü dəyişikliklər davam edəcək;

-Dövlətin əli sayılan məhkəmələrin və hakimlərin ədalətli olması üçün o, əlindən gələn bütün işləri görəcək;

Yeri gəlmişkən, dövlət-vətəndaş münasibətlərindəki gərginliyi Prezidentin sosial  sahədə atdığı addımlar məhz son bir ildə xeyli yumşaltdı.

Əməlində cinayət tərkibi olmasına baxmayaraq, müxalifətin beynəlxalq qurumlara, siyasi məhbus kimi təqdim etdiyi, altmış nəfər əvf fərmanı ilə azadlığa buraxıldı.

Baxmayaraq, bu keçmiş səhiyyə naziri Əli İnsanovla bərəbər dövlətçilik əleyhinə  bir qrup şəxsin aqressiv reaksiyası ilə müşaiət olundu. Keçmiş nazir bu addımın İlham Əliyevin siyasi iradəsi olmadığı fikrini səsləndirsə də, Prezident hər şeyin xarici təsir yox, onun siyasi iradəsi ilə baş verdiyini soyuqqanlılığı iə isbatlamış oldu. Bundan başqa,

-Sosial evlərin açılışı;

-2018-2019-cu illərdə Avropa İttifaqı ilə münasibətlərin daha da yaxşılaşması;

-Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə danışıqlar formatının dəyişilməz qalması;

da uğurlar sırasındadır. Son bir ildən söz açıldığı halda,  İlham Əliyevin iç siyasətdəki uğurlarının üstündən keçmək olmaz. O, xüsusilə sosial siferada gördüyü işlərlə sübut etdi ki,

-Dövlət üçün vətəndaşı önəmlidir;

-Prezident həmişə haqlı olan vətəndaşının arxasındadır;

Prezident vətəndaş-dövlət münasibətində süni gərginlik yaradaraq, bundan öz xeyrinə siyasi divident götürmək istəyən qüvvələrə, sadalanan mövqeyi sərgiləməklə istəklərinin baş tutmayacağı mesajını verdi.

***

Çox insan yəqin ki,  davamı gəlsin söyləyir. Elə biz də… Çünki insanlara bu lazımdır. Onları sevmək, yanlarında olmaq, onlarla onların və dövlətin var olması üçün işləmək.  İlham Əliyev indiki siyasi fəaliyyəti çərçivəsində, bütün maneələrə baxlayaraq, məhz bunu edir. O üzdən son bir il Prezidentin siysi hakimiyyətinin ən məhsuldar dövrüdür.  Bu bir il həm də onu göstərdi ki, məqamı gələndə, İlham Əliyev vətəndaşından başqa hər kəsə “müxalifətdə” olmağı bacaran siyasi liderdir. Bu keyfiyyətə sahib Prezidenti millət heç zaman təklənməyə qoymaz.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top