Jalebloq.az

Əslində çoxdan gözlənilən olur…

KÖŞƏ

Əslində çoxdan gözlənilən olur…


İnformasiya texnologiyaları əsrində yaşayrıq. Bayırdayıqsa  hər şey ovcumuza sığan balaca bir cihazın, telefonun içindədir. Evdə və ya ofisdəyiksə, masadakı kampyüterdə…

Bəs kim hansı informasiyanı necə alır?

Gənc nəsil daha sürətli və lokonik informasiyalara üstünlük verir, zaman qiymtləndirmə standartı fərqlidi. Orta və qismən yaşlı nəsil yazılı mediaya önəm verir, yaş standartı və zaman buna imkan verdiyi üçün.

Bir də var, kim haradan oxuyanda qavrayır? Məsələn, adam var qəzet, kağız qoxusu almasa informasiyanı qavramır. Bu artıq insanın psixoloji durum, yəni xarakteridir.  İllərdir bütün bunları nəzərə alıb dövlət KİVDF vasitəsi ilə 33 qəzetə maliyyə dəstəyi verir.

Bəs nəticə hansıdır? Kəmiyyət bəlli, keyfiyyət nə yerdədir?

Əslində bu sualı ölkə üçün aktual edən həm də yağışdan sonra göbələk kimi artan  saytlardır. Daha doğrusu onların gördüyü işin keyfiyyəti. Məişət səviyyəli, xəbrlər manşet olduqca, vəziyyət bütövlükdə medianın və ölkənin əleyhinə işləməyə başladı. Bu isə 33 yazılı media qurumunun  fəaliyyətinə diqqət çəkdi. O mənada ki, “bəs siz nə etmisiniz? Və ya nə edirsiniz? Niyə sadalanan səviyyədə xəbərlər və manşetlər meydan sulayır?

Təbii ki, bu sualların altənqan qalxacaq yazılı media qurunları çox deyil. Yerdə qalanlarsa məsuliyyəti insanaların üzərinə atır. “Bazarın tələbatı budur” formasında. İnqilab edib, müstəqilliyini bərpa edən adamların tələbi nədən birdən birə şou, əyləncə, saçyondular, göbkatdılar, fərdi siyasi konfliktlər, məqsədyönlü şantaj yazıları, ailə-məişət qovğalara oldu? Bunu onlara biz sırımış olmayaq?

Təbii, bu fikirləri bütün yazılı media qurumları və baş redaktorlar haqda söyləmək olmaz, amma xeyli beləsi var.

KİVDF-yə gəlincə… KİVDF hansısa media qurumun fəaliyyətinə xitam verəcək təşkilat deyil. Və maliyyə dətyinin kəsilməsi belə fəaliyəti dyandırmaq üçün əsas deyil. Fərdi və sponsorlar vasitəsilə, ya da yayımı təşkil etmək, abunələri artırmaq yolu ilə davm etmək olar. Burda da sual bu: Hansı səviyyədə işi təqdim ediləcək ki, sponsor onu yaxşı dəyərləndirsin?

Elə KİVDF-nin təkliflərində də məsələ budur.

Əslində hər kəs, dövlət də istyər ki, yazılı media olsun, amma maraqlı, səviyyəli, faydalı. Lap doxsanlarda olduğu kimi. Cəmiyyətə, dövlətə, insanlara faydalı olsun. Sözünün və özünün çəkisi olsun.

…Bir sözlə KİVDF əslində illərdir gözləniləni edir. Yazılı mediada mərkəzləşmə prosesinə start verilir. Bazarda ancaq güclülər, cəmiyyət tərəfindən oxunan, qəbul olunan, ən vacibi öz üzərində işləməyə hər zaman davam edən qəzet sahibləri, menecerlər və peşəkar jurnalistlər qalır. Dövlət də onların fəaliyyət istiqaməti, dövlət, millət üçün yararlılıq, faydalılıq dərəcəsi qiymətləndirir  və dəstək verir.  

Qalır çap mediasının elektron KİV-ə xəbərləmə işində uduzmasına. Bu əslində

problem deyil. Ona həmişə ehtiyac var və elektron medianın edə bilmədiyi işləri də görmək imkanına malikdir.  Məsələn, ulduz imzalar yetişdirmək olar. Köşə yazarları, reportyorlar, analitiklər. Bu imzalar mətbuatın milli brendi kimi hazırlamaq olar. Hansı ki, son on ildə bir müəllifin yetişdirilməsi, brend olması halı nə yazıq ki, müşahidı edilməyib. İşlər məhz həmin brend imzalar üzərində də qurula bilər.

Başqa bir variant, müəllifin yazmaq imkanları məhdudlaşdırılmasın. Kimsə, kimdənsə, kimisə xahiş etməsin. Haradansa yazı çıxartdırmasın, araşdırmanı yarıda qoymasın, hadisə yerindən jurnalisti geri çağrmaq kimi oyunlar qurmasın. Bir sözlə “küs” və ya “dost” mediası yetişdirilməsin. Jurnalistin alçaldılması şəxsiyyətinin qırılması və “nə vecimə” mediasının formalaşması ilə nəticələnir çünki. Ən vacibi mövzulara qoyulan tabular aradan qaldırılsın. İllərin təcrübəsi birmənəlı  göstərdi ki:

…Media göstərməyincə,  dövlət görməyəcək. Dövləti görmədən məhrum etmək olmaz.  

…Dövlət görmürsə, kim nəyi necə istəsə o cür edəcək.

…Kim nəyi necə istəsə,  edəndə, ölkədə xaos yaranır. Çox şey idarəçilikdən çıxır və bu da xarici güclərin “əlinə işləyir”.

…Bu situasiya yarandımı, hədəf bəllidir: Prezident və dövlət!

O üzdən texniki nöqteyi-nəzərdən yox, mənəvi və qisməndə format, yaradıcı baxımdan yazılı medianı yaşatmağa ehtiyac var. Ciddi adlar, imzalarla keyfiyyətli iş ortaya qoymaq mümkündür. Təşəbbüs varsa, yola çıxılıbsa, yəqin yaxşı nəticələr də əldə ediləcək. Qalır səbirlə gözləmək, müşahidə etmək.

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top